Redaktor
İnsanlar kütləvi şəkildə günəş panellərini satışa çıxarır: Səbəb nədir?
10–15 il əvvəl məişət günəş elektrik stansiyaları quranlar indi onları söküb internetdə satışa çıxarırlar.
Dünyada günəş panellərinin demontajı üzrə trend sürətlə artır. İnternetdə işlənmiş günəş elektrik sistemlərinin satış elanlarına çox rast gəlinir. Lakin bu, günəş energetikasının özünü doğrultmadığı anlamına gəlmir.
Valyuta.az "Rafsun"a istinadən xəbər verir ki, tam əksinə, sahə texnoloji dönüş dövrünə daxil olub.
Niyə insanlar işlənmiş panelləri satır?
Əvvəlcə nəzərə almaq lazımdır ki, günəş panellərinin istismar müddəti 25–30 ildir. Bir sıra ölkələrdə məişət günəş stansiyalarının quraşdırılması trendi çoxdan başlayıb. Buna görə də işlənmiş panellərin satışı çox vaxt onların zəmanət müddətinin başa çatması, zədələnməsi və ya panellərin quraşdırıldığı evin satılması ilə bağlıdır.
"Çox nadir hallarda söhbət günəş enerjisindən imtinadan gedir", deyə "Rafsun" vurğulayır.
Eyni zamanda etiraf edilməlidir ki, bəzi istifadəçilər doğrudan da günəş panellərindən məyus olub. Lakin bu, əksər hallarda əvvəlcədən onlara qarşı formalaşan həddən artıq yüksək gözləntilərlə bağlıdır.
Məsələn, insanlar çox vaxt səhvən hesab edirlər ki, sistemin maksimal çıxış gücü panellərin istənilən an verdiyi real enerji miqdarıdır. Halbuki faktiki generasiya bir çox amillərdən ciddi şəkildə asılıdır. Bundan əlavə, insanlar çox vaxt öz elektrik tələbatlarını düzgün qiymətləndirmədən günəş panelləri alırlar.
Sürətli texnoloji inkişaf
İnsanların köhnə panelləri satmasının digər geniş yayılmış səbəbi yeni nəsil sistemlərə keçmək istəyidir.
Son illər bu sahədə sürətli texnoloji sıçrayış baş verib. Yeni günəş panelləri yalnız 10–20 il əvvəlki analoqlarından daha ucuz deyil, həm də xeyli daha yüksək səmərəliliyə malikdir.
"Rafsun" qeyd edir ki, köhnə panellərin satılması çox vaxt günəş enerjisindən imtina kimi deyil, daha ağıllı günəş həllinə keçid kimi başa düşülməlidir. Bu həllər xüsusilə kritik tətbiqlərdə real və nəzərəçarpan üstünlüklər verir.
"Bir çox insanlar daha az paneldən istifadə etməklə eyni sahədə daha çox enerji istehsal edə bilmək üçün köhnələri söküb yeni, yüksək effektiv sistemlər quraşdırır", deyə məqalədə bildirilir.
İxtisaslaşmış sistemlərə keçid
Son illərin mühüm yeniliyi günəş energetikasının konsepsiyasının özünün dəyişməsidir. Əvvəllər insanlar mümkün qədər çox enerji əldə edib milli enerji sistemindən asılılığı minimuma endirmək üçün müstəqil ev günəş stansiyaları qururdular. İndi isə konkret məqsədlər üçün hazırlanmış "günəş həlləri" geniş yayılıb.
Ev təsərrüfatında bütün cihazları qidalandıran böyük günəş stansiyası qurmaq əvəzinə, indi akkumulyatorla birlikdə günəş paneli konkret bir cihaz üçün quraşdırılır — məsələn, istənilən şəraitdə fasiləsiz işləməsi vacib olan su quyusu nasosu üçün. Üstəlik, belə hallarda məhz günəş paneli ilə optimal işləmək üçün hazırlanmış xüsusi nasos seçilir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBankların xarici valyutada maliyyə institutlarına kreditləri 38,7 milyon manat azalıb
05.12.2025İnsanlar kütləvi şəkildə günəş panellərini satışa çıxarır: Səbəb nədir?
05.12.202521 ildir fəaliyyət göstərən şirkət təsisçisini dəyişir
05.12.2025Bu marşrutun avtobusları yeniləndi
05.12.2025"iPhone 17" modellərindən biri rekord sürətlə dəyər itirir: Nə baş verir?
05.12.2025Şirkət rəhbəri borca görə məhkəməyə verildi
05.12.2025Yeni milli park yaradılır - Bu əraziləri əhatə edəcək
05.12.2025"Etibarlı Tərəfdaş Konsepsiyası" təsdiq edilib - SƏRƏNCAM
05.12.202521 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM
05.12.2025Lotereyada 9-cu lüks avtomobilin açarları təqdim edilib! ®
05.12.2025