Günün hansı saatında daha məhsuldarsınız?

Redaktor

16.06.2025 00:14
663

Günün hansı saatında daha məhsuldarsınız?

Deyilənə görə günün müəyyən saatlarında insanlar daha məhsuldar çalışır, həmin vaxt aralığı daha səmərəli istifadə olunur. 

Bu da o deməkdir ki, hər kəsin zehni enerjisinin və yaradıcılığının zirvədə olduğu fərqli bir “qızıl saat”ı var. Elmi araşdırmalar göstərir ki, insanın bioloji ritmləri (bioritmləri) onun gün ərzində nə vaxt daha yaxşı fokuslana, problemləri daha yaradıcı şəkildə həll edə və ya yeni ideyalar ortaya qoya biləcəyini müəyyənləşdirir.

Bəs günün ən səmərəli, ən yaradıcı zaman aralığı həqiqətən var?

Əgər varsa, bu saatları necə müəyyən etmək olar?

Valyuta.az xəbər verir ki, Kaliforniya Universitetində çalışan koqnitiv neyrobilim mütəxəssisi Prof. Sahar Yousef bu mövzu ilə bağlı apardığı araşdırma nəticəsində daha qısa zamanda daha məhsuldar və yaradıcı olmağın yollarını müəyyənləşdirib.

Hər bir insanın gün ərzində “daha yaradıcı” olduğu bir zaman aralığı mövcuddur, lakin bu, hər kəs üçün fərqlidir. Neyroloji baxımdan mövzuya yanaşsaq, iki fərqli fikrin beyində toqquşması nəticəsində üçüncü bir fikir meydana gəlir. Beyində baş verən bu toqquşma isə insanın özünü fərqli mühitlərə və bilgilərə açıq buraxması ilə daha asan baş verir.

İnhibisiya və ya “tutulma” deyilən hal (və ya bu halın olmaması) ilə yaradıcılıq arasında birbaşa əlaqə var. Yəni günün hansı saatlarında daha yaradıcı olduğunuzu bilmək istəyirsinizsə, bu “tutulma”nın nə vaxt baş verdiyini müəyyən etməlisiniz. İnsanların çoxu bu anlarda enerjisiz hiss edir, məhsuldarlığı azalır.

Buna baxmayaraq, yaradıcılığınızın ən yüksək səviyyədə olduğu vaxt, məhsuldarlığınızın ən yüksək olduğu zamanla üst-üstə düşməyə bilər. Yaradıcılığın optimal olduğu an, zehninizin aydın, lakin azca yorulmağa başladığı andır. Bu vaxtlarda fərqli düşüncələrə və yeni əlaqələr qurmağa daha açıq olursunuz.

Çox insan üçün bu zaman aralığı günorta saatlarına təsadüf edir. İnsanların çoxu “səhərçi”dir, yəni səhərlər daha yaxşı konsentrasiya olur, zehin daha dinamik olur. Belə insanlar üçün ən yaradıcı zaman aralığı təxminən saat 11:00-13:00 arasıdır. Çünki səhər saatlarında görülən işlər zehni bir qədər sərbəst buraxır, bir məqsədə kilidlənməkdən çıxarır. Bu da zehni sərbəst assosiasiya (çağrışım) etməyə imkan verir.

Əgər siz gecələr işləyən birisinizsə, səhərlər yaradıcı fikirlərlə oyanma ehtimalınız yüksəkdir. Səhər sərxoşluğu (yarımoyaq hal) çox vaxt yaradıcı fikirlərlə müşahidə olunur.

Prof. Sahar Yousef, səhər saatlarının irəliləyən hissəsi və günorta vaxtlarının yaradıcılıq baxımından ideal olduğunu deyir. Saat 12-13 ətrafında hiss edilən günorta yorğunluğu əslində yaradıcılıq üçün çox əlverişli bir zaman ola bilər.

Bioloji saatınızı necə tapa bilərsiniz? 

İnsanın öz bioloji saatını müəyyən etməsi isə özünü dərk etmə ilə mümkündür. Hər kəs fərqlidir və insan özünün ən yaradıcı olduğu zaman aralığını özü müəyyən edə bilər. Bunun üçün kiçik bir təcrübə edə bilərsiniz: 5 gün boyunca səhər erkən saatlarda, günorta öncəsi, günorta, günorta sonrası və axşam saatlarında yaradıcı işlərlə məşğul olun və hisslərinizi qeyd edin. Sonra özünüzə bu sualı verin: “Bu səhər nə qədər yaradıcı idim? Konkret və dəyərli bir şey ortaya qoydummu?”

Bu məşqi bir neçə ay davam etdirin. Beləliklə, yaradıcılığınızın ən yüksək olduğu vaxt aralığını müəyyən edə bilərsiniz.

Yaradıcılıq tıxandıqda etməli? 

Əgər bir problemi həll etməli, yaradıcı bir yanaşma tapmalı və ya yeni bir şey dizayn etməli, amma beyniniz durmuş kimi hiss edirsinizsə – tanış səslənir, deyilmi?

Belə vəziyyətlərdə yaradıcı olmaq olduqca çətin olur.
Belə anlarda sizə yeni məlumat, yeni stimul, yeni perspektivlər lazımdır. İnsanların ən yaradıcı fikirlərini duş qəbul edərkən və ya gəzinti zamanı tapması təsadüfi deyil. Başqa bir işlə məşğul olan beyin, əslində problemi fərqli bucaqdan təhlil etməyə başlayır. Yeni stimullar beynə yeni baxış bucaqları qazandırır. Bu da beyini yenidən hərəkətə gətirir və nəticədə yaradıcı fikirlər bir-bir meydana çıxır.

Bu səbəbdən, yaradıcılığınızın tıxandığını hiss edirsinizsə, qalxın və fərqli bir şeylə məşğul olun. Oturduğunuz yeri dəyişin, bir az gəzin, nəsə yeyin, fərqli musiqi dinləyin. Marağınız olmayan bir kitabdan 10 səhifə oxuyun. Ətrafınızı və stimulları müvəqqəti olaraq dəyişin.

Yuxu... 

Yuxu  sağlam, xoşbəxt, yaradıcı və məhsuldar bir beyin üçün olmazsa olmazdır. Əgər yuxunuz keyfiyyətli deyilsə, yaradıcılığınız ciddi şəkildə pozula bilər. Yuxusuz insanlar çox pessimist olur, ətrafdakı hər şeyə nifrət hissi keçirə bilər. Bütün dünya ona qarşıymış kimi hiss edər.

Yuxusuzluq zamanı zehinə gələn fikirlər inkişaf etməyə fürsət tapmır və tez-tez sərt tənqidlərə məruz qalır.
Lakin bəzi insanlar yuxusuzluqdan yaranan əsəb və gərginlik halında belə daha yaradıcı ola bilir. Bu vəziyyəti də siz öz üzərinizdə sınaqdan keçirə bilərsiniz. Belə ki, yaxşı yatdığınız vaxtlarla pis yuxu aldığınız vaxtları müqayisə edin. Hansında daha yaradıcı olduğunuzu yoxlayın. Amma yenə də 5 saatdan az yatmamağa çalışın.

Prof. Sahar Yousefin apardığı araşdırma göstərir ki, bir çox insan üçün yaradıcılığın zirvəyə çatdığı saat aralığı səhər saat 10:00-12:00 arasıdır. Əgər sizin üçün də bu belədirsə, bu zaman aralığında nə etməlisiniz? Və ya sizin ən yaradıcı zaman aralığınız axşam saat 20:00-21:00 ola bilər. Bu halda da etməli olduğunuz bəzi şeylər var.

etməlisiniz? 

Əvvəlcə e-maillərə baxmayın, telefon bildirişlərini söndürün, hətta mümkün olsa, telefonu tamamilə bağlayın. Üzərində işlədiyiniz işə tam fokuslanın. Əgər ofisdəsinizsə, masanızı dəyişə bilərsiniz. Ətrafdakılara diqqətinizi yayındırmağa imkan verməyin. Qulaqlıq taxın və layihəyə tam köklənin. İş yoldaşlarınıza və ya evdəkilərə bu saatlar ərzində həyati vacib bir şey olmadığı halda sizi narahat etməmələrini bildirin.

Musiqi ilə işləmək

İşləyərkən musiqi dinləmək mübahisəli məsələdir. Bəziləri musiqi ilə daha yaxşı fokuslandığını, digərləri isə musiqi zamanı heç bir işə konsentrasiya ola bilmədiklərini deyirlər. Buna görə də musiqi ilə işləməyin sizə necə təsir etdiyini də yalnız siz müəyyən edə bilərsiniz.

Günay

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilir

11.03.2026
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

11.03.2026

Cəbrayılda 7 milyon manatlıq tikinti işləri görüləcək

11.03.2026

Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?

11.03.2026

Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır

11.03.2026

Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”

11.03.2026

Azərbaycanlı "youtuber"lər niyə həmkarlarından az qazanır?

11.03.2026

“Dəniz Mall”dan “Nargilə”yə qədər böyük layihə - Paytaxtda relslər sökülür

11.03.2026

"Zeytun" aptek dərman vasitələrini qoyulan qiymətdən baha satıb

11.03.2026

Hərbi qulluqçuların maaşlarında dəyişiklik təsdiqləndi

11.03.2026

Türk lirəsi dördqat dəyər qazandı, otellər boş qaldı - İranlılar ölkələrinə dönür

11.03.2026

Şirkətin xətasını aşkarladı - 30 000 qazandı

11.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

11.03.2026

"Meta" “Moltbook” sosial şəbəkəsini satın alıb

11.03.2026

"Bazarstore" məhsulları üzərində göstərilən qiymətdən daha baha satıb - Protokol tərtib edildi

11.03.2026

Dünyanın ən varlı 10 qadın milyarderinin sərvəti - Fotolar/Siyahı

11.03.2026

AFB Bank-dan Sahibkarlara Böyük Dəstək – 200 000 AZN-dək Mikro və Aqro Kredit İmkanı! ®

11.03.2026

İcbari avtosığorta üzrə ən pis xidmət bu 3 şirkətə məxsusdur - SİYAHI

11.03.2026
İnvestisiya şirkətlərinin səhm dövriyyəsinin həcmi üzrə RENKİNQİ

İnvestisiya şirkətlərinin səhm dövriyyəsinin həcmi üzrə RENKİNQİ

11.03.2026

Sabah 13 dərəcə isti olacaq

11.03.2026

Məzənnə

Yüklənir...