Redaktor
"Geniş tanış çevrəm var, amma mənə heç bir faydası yoxdur"
Müasir dövrdə “əlaqələr gücdür” ifadəsi daha geniş və funksional mənada aktuallıq qazanır. Lakin bir çox insan geniş tanış çevrəsinə malik olsa da, bu münasibətlərin praktiki nəticəsini görmədiyini qeyd edir. Bu isə netvorkinq anlayışına yanaşmanın yenidən nəzərdən keçirilməsini zəruri edir.
Belə olan halda əsas sual yaranır ki, uğurlu və davamlı netvorkinq necə qurulur və bunun üçün nə etməliyik?
Mövzu ilə bağlı Valyuta.az-a danışan neyrokouç Jalə Maliki bildirib ki, əlaqələr hər zaman, hətta insanlar bir-biri ilə danışmadığı dövrlərdə belə güclü olub:
"Əlaqələr o zaman gücə çevrilir ki, tərəflər arasında ortaq maraqlar, ortaq dəyərlər və ya ortaq missiya mövcud olur – yaxud bu elementlər zamanla formalaşır. Əgər iki insan fərqli istiqamətlərə yönəlib, tamamilə ayrı məqsədlərin və dəyərlərin ardınca gedirsə, onların ayrı-ayrılıqda güclü olması və bir-biri ilə tanışlığı, əslində, praktiki heç bir dəyər yaratmır. Məhz buna görə də bu gün insanlar netvorkinqdən yetərincə fayda əldə edə bilmirlər. Əsas səbəb ondan ibarətdir ki, insanlar netvorkinqə yanaşma tərzində yanlışlıq edirlər. Məsələn, bir İT və ya HR sammitinə qatılarkən məqsəd konkret bir adamı tapmaq olur – hansısa şirkətin direktoru ilə tanış olmaq və bu tanışlıqdan şəxsi maraqlar üçün faydalanmaq. Lakin fokus, şəxsin statusuna deyil, ortaq ambisiya olub-olmadığına yönəlməlidir. Qarşı tərəfin hansısa nüfuzlu vəzifəni tutmasından əlavə, onunla ortaq dəyərlər və hədəflər olub-olmadığı əsas meyardır. Bəli, ola bilər ki, bir qrup insan ali bir dəyər və ortaq missiya ətrafında birləşib və bu zaman həmin qrup artıq öz daxilində müəyyən güc formalaşdırır. Belə bir vəziyyətdə rəhbərlik etmək potensialı olan və eyni zamanda konkret bir mövqedə olan şəxsə ehtiyac yaranır. Bu insanla əlaqə qurmaq üçün isə onu əvvəlcə tanımaq, kəşf etmək və həqiqi maraq göstərmək vacibdir. Əgər doğrudan da eyni dalğada olduğumuzu hiss ediriksə, bu insana təklif etməliyik ki, biz bir araya gələrək daha böyük dəyər formalaşdıraq. Bunun üçün isə eqo, status və şəxsi maraqlar kənara qoyulmalı, qarşı tərəfə səmimi şəkildə birgə çalışma istəyi ötürülməlidir".

"Əsil netvorkinq status və mövqelər üzərində deyil, ..."
J.Malikinin sözlərinə görə, əlaqələrin gücə çevrilməsi təkcə sosial səviyyədə deyil, fərdi səviyyədə də baş verir:
"Bir insan öncə özü ilə harmoniyada olmalıdır – öz bacarıqları, dəyərləri və duyğuları ilə barışmalıdır. Yalnız bu zaman başqaları ilə səmimi və dəyərə əsaslanan münasibətlər qurmaq mümkündür. Eyni zamanda, ətrafdakılara qarşı empati qurmaq bacarığı, onların ehtiyaclarını hiss etmək və onları doğru dinləmək də bu prosesin əsas şərtlərindən biridir. Əsil netvorkinq burada başlayır – status və mövqelər üzərində deyil, ruhən və dəyərlər baxımından birləşmək üzərində qurulan münasibətlərdə. Əgər bu əsas yoxdur, yüzlərlə insanı tanımaq, onların harada işlədiyini və kim olduqlarını bilmək kifayət etməyəcək. Əlaqə yalnız qarşılıqlı rol və dəyər üzərində qurulanda funksional və faydalı olur. Bütün bu prosesə təsir edən mühüm amillərdən biri də insanın rədd edilmə qorxusudur. Əgər bir insan əlaqə qurmaq, yaxınlıq yaratmaq istəyir, amma eyni zamanda bu yaxınlığı təhlükə kimi qəbul edirsə, rədd edilmə qorxusu ilə üzləşirsə – bu da ruhən qopmanı, enerjinin bölüşdürülə bilməməsini doğurur. Bu qorxu aradan qalxmayınca, insanlar arasında dərin, davamlı və faydalı əlaqə formalaşmır. Nəticədə isə insanlar bir-birinin adını və statusunu bilsə də, aralarında real dəyər və rol paylaşımı olmur".
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON
13.01.2026Daha 9 startap vergidən azad olundu
13.01.2026Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb"
13.01.2026İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi
13.01.2026Azərbaycanda lüks avtomobil şirkəti kapitalını 16,5 milyon manat azaldıb
13.01.2026İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub
13.01.2026İlham Əliyev Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub
13.01.2026
Kəşbek pulu kimdən çıxır - bank, mağaza, yoxsa müştəridən?
13.01.2026Azərbaycanda son 5 ildə nə qədər təbii qaz istehsal olunub?
13.01.2026Prezident Tərtər və Ağdərəyə səfər etdi
13.01.2026"Apple" geri addım atdı, yeni "Siri"ni ən böyük rəqibinə etibar etdi
13.01.2026"Alphabet"in bazar dəyəri 4 trilyon dolları keçdi
13.01.2026Azərbaycan Turizm Bürosunun sədr müavini işdən çıxıb - YENİ VƏZİFƏ
13.01.2026Sabah Bakıda sulu qar yağacaq, güclü külək əsəcək
13.01.2026İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib
13.01.2026Avropa bankları Bakı milyonçusunun pullarını qaytarmır
13.01.2026İlon Maskın sərvəti ilə nələr almaq olardı?
13.01.2026“Azercell" bu gündən qiymətləri qaldırdı
13.01.2026Rektor özünə müşavir təyin etdi - FOTO
13.01.2026