"Ford" təmir və dəyişiklik işlərini pulsuz həyata keçirəcək

Redaktor

18.10.2025 09:56
287

"Ford" təmir və dəyişiklik işlərini pulsuz həyata keçirəcək

“Ford” 740 mindən çox avtomobilini geri çağırır

Valyuta.az xəbər verir ki, “Ford Motor Company” ABŞ-ın Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına əsasən, kamera, sükan və təhlükəsizlik kəməri problemlərinə görə 740 mindən çox avtomobili geri çağırıb.

Məlumata görə, təxminən 290 min avtomobildə arxa görüntü kamerası müəyyən işıq şəraitində düzgün işləmədiyi üçün görüntü itib, bu da qəzalar riskini artırıb. Problem əsasən 2020-2022-ci illərin F-250, F-350 və F-450 modellərində qeydə alınıb. “Ford” sözügedən proqram təminatını pulsuz yeniləyəcək.

Bundan əlavə, 115 min 539 Super Duty seriyalı avtomobil sükan sistemində yaranan texniki nasazlığa görə geri çağırılıb. Sütunun yuxarı hissəsindəki qüsur sükan idarəetməsinin itirilməsinə səbəb ola bilər.

Şirkət həmçinin 2015-2017-ci illərin 332 min 778 “Mustang” modelini təhlükəsizlik kəməri kabelindəki paslanma problemi üzündən geri çağırıb. 

“Ford” bütün bu hallarda təmir və dəyişiklik işlərini pulsuz həyata keçirəcəyini açıqlayıb.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...