Erkən yaşda varlanmaq psixoloji risk yaradır

Redaktor

12.12.2025 14:46
502

Erkən yaşda varlanmaq psixoloji risk yaradır

Gənc yaşda karyera qurmuş, yaxşı qazanc əldə edən və uğur qazanan insanlara cəmiyyətdə qiptə edilsə də, bunun qaranlıq tərəfləri var. Erkən yaşda uğur qazanmağın az müzakirə olunan tərəfi isə psixologiyada qoyduğu təsirlərdir. Bu zaman həmin görünməyən tərəflər də nəzərə alınmalıdır. Gənc yaşda çox pul qazanmaq gəncin psixologiyasına necə təsir edir? 

Valyuta.az-a verdiyi açıqlamada klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirir ki, gənc yaşda şəxsin varlanması və uğur qazanması nadir haldır və çox vaxt təsadüfi amillərlə bağlı olur: "İnsanlar buna şans deyirlər, amma məsələ təkcə şansdan ibarət deyil. Qaranlıq tərəf dediyimiz məqamlar əslində o gənci irəli çəkən, risk etməsinə şərait yaradan və ona cəsarət verən insanlardır. Bir gəncin erkən uğur qazanması çox zaman onun öz ideyalarına deyil, başqalarının ideyalarına cəsarətlə yanaşmasına bağlı olur. Həmin gənc təhlükəli qərarlar alır və bəhrəsini görür. Amma psixoloji tərəfdə işlər bu qədər sadə getmir. Erkən yaşda varlanmaq və sürətlə uğur qazanmaq insan psixikasında qeyri adekvat vəziyyət yarada bilər. Gənc özünü olduğundan daha xüsusi hiss edir, toxunulmazlıq illüziyası formalaşdırır. İnsan qazandıqları ilə şəxsiyyətini qarışdırmağa başlayır. Bu özgüvən deyil, boş bir illüziyanın yaratdığı süni özgüvəndir”.

Erkən uğur qazanmış gənc çox zaman həmyaşıdlarından uzaqlaşır

Psixoloqun sözlərinə görə, insan hər yaşını yaşamalıdır: "Gənclik dövrünün təcrübələri, çətinlikləri və səhvləri olmalıdır. Erkən uğur qazanmış gənc isə çox zaman həmyaşıdlarından uzaqlaşır. Bu sosial məsafə onu həm emosional, həm də intellektual cəhətdən tənha buraxa bilər".

O, əlavə edir ki, yüksəlmək kifayət etmir: "İnsan qazandığı yüksəkliyə psixoloji baxımdan adaptasiya olmalıdır. İqtisadi dəyişikliklər bu prosesin ən ağır tərəfidir. Bazar, tələblər və sektorlardakı dəyişiklikləri heç kim idarə edə bilmir. Buna görə də gənc yaşda qazanılan uğur həmişə sabit olmur. Ani dəyişikliklər gəncdə narahatlıq yaradır. O, qazandıqlarını itirməkdən qorxur və bu qorxu güclü stressə gətirib çıxarır”.

Psixoterapavt bildirir ki, ən təhlükəli mərhələ insanın özünü tənqiddən kənar hesab etməsidir: “Bu an psixoloji enişin başlanğıcı olur. Özünütənqid və daxili nəzarət olmayan yerdə insan səhvlərini görə bilmir və nəticədə daha dərindən yıxılır”. 

R.Nəcəfov deyir ki, sosial mühitin rolu da böyükdür: “Sosial mühit insanın xarakterini tənzimləyən ən güclü faktordur. Real münasibətlər, real dostluqlar və real geridönüşlər gəncin ayağını yerdə saxlayır və onu reallıqdan qopmağa qoymur. Psixoloji immunitet formalaşmalıdır. İnsan bu immuniteti yalnız həyati təcrübə, emosional sabitlik və sosial dəstək sayəsində qura bilir”. 

Son olaraq psixoterapevt qeyd etdi ki, uğur psixoloji immuniteti ən sərt şəkildə sınayan mərhələdir: “Beyin ağlı aldatmamalıdır. Davamlı qazanmaq deyil, qazandığını idarə edə biləcək psixoloji immunitet vacibdir. Yüksəkliyə qalxan insan aşağıdakı reallığı görməyəndə həm yüksəkliyini, həm də özünü itirir. Ağıl təsadüflə yaranmır. Uğuru dəyərə çevirmək üçün sağlam düşüncə və daxili nizam gərəkdir”.

Şəbnəm İbrahimxəlil

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

 Bakı metrosunda interval azaldılacaq? - Rəsmi

20.01.2026

Stolüstü kompüter istehsalı 52% azalıb

20.01.2026

Trampdan qərar: Fransa şərablarına yüksək rüsum tətbiq ediləcək

20.01.2026

Ceyhun Bayramov: İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı mütəmadi fəaliyyətdəyik

20.01.2026

Qızılın qiyməti 4700 dolları ötüb

20.01.2026

DYP-dən sürücülərə xəbərdarlıq

20.01.2026

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

20.01.2026

Mərkəzi Banka ən çox borcu olan BANKLAR - CƏDVƏL

20.01.2026

ABŞ-nin dövlət borcu rekord həddə çatdı

20.01.2026

Niyə pulumuzu idarə etməkdə çətinlik çəkirik? - SƏHƏR OXUSU

20.01.2026

20 Yanvar faciəsindən 36 il ötür

20.01.2026

Avtomobillərdə bir dövrün sonu: Kapotu açanda həmin çubuğu niyə görmürük?

19.01.2026

"Nvidia" atonom sürüşdə "Tesla"ya rəqib olmağa hazırlaşır

19.01.2026

Məzənnə

Yüklənir...