Ən bahalı və ən ucuz çörək harda satılır?

Redaktor

19.10.2025 08:04
333

Ən bahalı və ən ucuz çörək harda satılır? - ÖLKƏLƏR, QİYMƏTLƏR

Dünyada ən bahalı ağ çörək Cibutidə, ən ucuz isə Əlcəzairdə satılır. 

Valyuta.az xəbər verir ki, "RIA Novosti"nin Dünya Çörək Gününə həsr olunmuş məlumatına görə, bir ədəd ağ çörəyin orta qlobal qiyməti təxminən 138 rubl (1,49 dollar) təşkil edir.

Ən bahalı çörək Cibutidə satılır - bir ədəd çörəyin qiyməti 748,7 rubl (8,05 dollar) səviyyəsindədir. Ən ucuz çörək isə dövlət subsidiyaları hesabına Əlcəzairdə satılır - cəmi 13,8 rubl (0,15 dollar).

Ən bahalı çörəyin satıldığı digər ölkələr sırasında Bermud adaları (7,28 dollar), Kayman adaları (5,37 dollar), Monako (4,54 dollar) və Baham adaları (4,45 dollar), həmçinin Konqo, Mərkəzi Afrika Respublikası, İslandiya, Lixtenşteyn və Cənubi Afrika Respublikası da yer alır.

Ən ucuz çörək satılan ölkələr arasında isə Tunis (0,17 dollar), Esvatini (0,17 dollar), Əfqanıstan (0,21 dollar), Liviya (0,24 dollar), eləcə də Çad, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Azərbaycan göstərilir.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...