Elektrikli avtomobillər -25 dərəcədə sınaqdan keçirildi: Ginness rekordlu qış testi 

Redaktor

29.12.2025 18:05
47

Elektrikli avtomobillər -25 dərəcədə sınaqdan keçirildi: Ginness rekordlu qış testi  - VİDEO

Çinin ən böyük avtomobil platformalarından biri olan “Autohome” 2025-ci ilə aid qış testlərinin nəticələrini açıqlayıb. Sınaqlar Daxili Monqolustanın Yakeşi bölgəsində, -10°C ilə -25°C arasında dəyişən sərt qış şəraitində aparılıb.

Valyuta.az xəbər verir ki, yeddi fərqli ssenari üzrə keçirilən testlərdə avtomobillərin yürüş məsafəsi, enerji sərfiyyatı, sürətli enerji yığma, kondisioner performansı, AEB (avtomatik fövqəladə əyləc), sürətlənmə və yolsuzluq imkanları qiymətləndirilib.

Ginness rekordu qıran genişmiqyaslı test

“Autohome”un indiyədək həyata keçirdiyi ən genişmiqyaslı qış sınağı olan bu tədbir eyni zamanda Ginness dünya rekordu ilə təsdiqlənib. Rəsmi qurumlar tədbirin “real şəraitdə keçirilən ən böyük miqyaslı qış avtomobil testi” kimi qeydə alındığını bildirib.

Ginnessin Rekordlar Kitabının nümayəndələri test nəticələrini və ya konkret avtomobil modellərini dəyərləndirməyib, yalnız sınağın miqyasının və nəticələrin yoxlanıla bilən olduğunu təsdiqləyib.

Bütün seqmentlər eyni trasda

Testlərdə kiçik hetçbek modellərindən sedanlara və SUV-lara qədər geniş avtomobil çeşidi yer alıb. Qiymət aralığı təxminən 60 min yuan səviyyəsindən başlayaraq 2 milyon yuandan yuxarıya qədər dəyişib.

Son dərəcə soyuq hava şəraiti ilə tanınan Yakeşi bölgəsi, xüsusilə elektrikli avtomobillərin qış performansını ölçmək üçün Çində ən çox seçilən sınaq məkanlarından biri hesab olunur.

Qış yürüş məsafəsinin qalibi: “Xpeng P7”

Qış şəraitində aparılan yürüş məsafəsi testində lider %53,9 məsafə qorunma göstəricisi ilə “Xpeng P7” (AWD) modeli olub. Onu %51,8 ilə “BYD Yangwang U7” (AWD) və %49,6 ilə “Zeekr 001” (AWD) izləyib.

Siyahının aşağı pillələrində isə diqqətçəkən nəticələr qeydə alınıb. “Tesla Model Y” (AWD) %35,2 göstərici ilə 31-ci yerdə qərarlaşıb, ən aşağı nəticə isə %34,8 ilə “Li Auto i8” (AWD) modelinə məxsus olub. Testdə iştirak edən digər avtomobillərin böyük hissəsini PHEV modellər təşkil edib.

Bu məqamda maraqlı bir detal da qeyd olunur: “Autohome”un qurucusu Li Syan eyni zamanda “Li Auto”nun baş icraçı direktoru və təsisçisidir.

Enerji sərfiyyatında kiçik avtomobillər üstün oldu

100 kilometrə düşən enerji sərfiyyatı üzrə ssenaridə nəticələr gözlənilən olub. Kompakt hetçbek modelləri bu sahədə açıq üstünlük nümayiş etdirib.

Testin qalibi 100 kilometrdə 23,5 kVt·s enerji sərfiyyatı ilə “BYD Seagull” (FWD) olub. Onu demək olar eyni göstərici ilə “Geely Xingyuan” (RWD) ikinci, “BYD Seal 06” (RWD) isə üçüncü pillədə izləyib.

“SUV” seqmentində maraq doğuran modellərdən “Xiaomi YU7” 33,7 kVt·s sərfiyyatla 20-ci yerdə qərarlaşıb, “Tesla Model Y” isə 34,9 kVt·s ilə onu yaxından izləyib.

Şiddətli soyuqda sürətli enerji yığma: gözlənilməz lider

-10°C ilə -25°C arasında aparılan %30–%80 sürətli enerji yığma testində gözlənilməz nəticə qeydə alınıb. “Avatr 06” cəmi 15 dəqiqəyə enerji yığmanı tamamlayaraq siyahının zirvəsinə yüksəlib.

Onu “Nevo 06” və EREV sinfinə aid “Fulwin A9L” izləyib. “Xiaomi YU7” 31 dəqiqə ilə 39-cu, “Tesla Model Y” isə 35 dəqiqə ilə 44-cü yerdə qərarlaşıb.

“Xiaomi SU7” testə daxil edilmədi

Nəticələrdə diqqət çəkən digər məqam “Xiaomi SU7” sedan modelinin qış testlərinə daxil edilməməsi olub. Bu səbəbdən “Xiaomi YU7” ilə “Tesla Model Y” arasında birbaşa müqayisə aparılsa da, “SU7”nin “Tesla Model 3” qarşısındakı mümkün performansı yalnız ehtimal səviyyəsində qalır.

Digər tərəfdən, “Tesla Model 3” iştirak etdiyi test ssenarilərinin böyük hissəsində yüksək performans göstərərək önə çıxan modellərdən biri olub.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məşhur müğənni milyarder oldu

29.12.2025

Biraylıq icra başçısı olan Elxan İbrahimov kimdir?

29.12.2025

Dünya Bankı ilk dəfə Azərbaycanı "B-Ready" hesabatı üzrə qiymətləndirib

29.12.2025

Taksi sürmək istəyənlərin nəzərinə!  - Vaxt bitir

29.12.2025

Bu telefonlar 2026-cı ildə "WhatsApp"ı açmayacaq - TAM SİYAHI

29.12.2025

Elektrikli avtomobillər -25 dərəcədə sınaqdan keçirildi: Ginness rekordlu qış testi  - VİDEO

29.12.2025

Ötən ay təyin olunan icra başçısı işdən çıxarıldı

29.12.2025

Prezident ailəsi ilə birlikdə “Ağ Şəhər”də - YENİLƏNİB

29.12.2025

ARDNF-in investisiya portfelində qızılın payı 35%-ə çatdırılacaq

29.12.2025

"Samsung" "Galaxy S26"nın qiyməti ilə bağlı qərar verə bilmir

29.12.2025

Nazir özünə yeni müşavir təyin etdi

29.12.2025

"OpenAI" süni intellektin qaranlıq tərəfinə qarşı tədbir görür

29.12.2025

Azərbaycan bu ölkə ilə bəzi şəxsləri vizadan qarşılıqlı olaraq azad edib

29.12.2025

Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi ®

29.12.2025

Milyarderlərin üstünlük verdiyi səhmlər

29.12.2025

Rabitəbank Azərbaycanda islam bankçılığı üzrə mudaraba və murabaha məhsullarının tətbiqinə başlayır ®

29.12.2025

Təhsilə nə qədər investisiya ayrılıb? - Rəqəmlər

29.12.2025
Daha bir ölkə avroya keçir - 145 yaşlı milli valyuta tarixə qovuşur

Daha bir ölkə avroya keçir - 145 yaşlı milli valyuta tarixə qovuşur

29.12.2025

İcbari tibbi sığorta fondunun gələn il üçün büdcəsi təsdiqləndi

29.12.2025

Yaşayış minimumu artırıldı

29.12.2025

Məzənnə

Yüklənir...