Redaktor
Qeyri-neft məhsullarında əsas ixrac ölkələri - SİYAHI
2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft məhsulları üzrə ixracı 771 milyon 915 min ABŞ dolları təşkil edib.
Valyuta.az statistik mənbələrə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft ixracında 98 milyon 206 min ABŞ dolları və ya 14,5 faiz artım müşahidə olunub. 2024-cü ilin ilk üç ayında bu göstərici 673 milyon 709 min ABŞ dolları səviyyəsində olub.
Məlumata əsasən, qeyri-neft ixracının əsas ünvanları sırasında ilk üçlükdə qonşu ölkələr – Rusiya, Türkiyə və Gürcüstan qərarlaşıb.
Belə ki, Rusiyaya qeyri-neft məhsulları ixracı 232 milyon 852 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 225 milyon 518 min dollar olub ki, bu da 7 milyon 334 min dollar və ya 3,3 faiz artım deməkdir.
Türkiyəyə isə bu ilin yanvar-mart aylarında 134 milyon 345 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. 2024-cü ilin müvafiq dövründə bu göstərici 150 milyon 291 min dollar təşkil edib. Beləliklə, 15 milyon 946 min dollar və ya 10,6 faiz azalma qeydə alınıb.
Gürcüstana ixrac göstəricisi isə əhəmiyyətli artım nümayiş etdirib. Cari ilin ilk rübündə bu ölkəyə 80 milyon 640 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Ötən ilin eyni dövründə bu rəqəm 59 milyon 856 min dollar olub. Nəticədə, 20 milyon 784 min dollar və ya 35 faiz artım qeydə alınıb.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident nazirlikdə müavinlərin sayını artırdı
17.03.2026Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®
17.03.2026"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir
17.03.2026Rusiyaya məhsul ixracında milyardlıq azalma
17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026
Böyük ölkələrdəki müharibələr kiçik ölkələrə necə təsir edir?
17.03.2026İstifadəçilərin abunəliyi ləğv etməsini çətinləşdirən proseslərə görə 75 milyon dollar cərimə olundu
17.03.2026Emil Əhmədov müavin təyin edildi
17.03.2026Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
17.03.2026