Dövlət qurumu icra tələbini niyə yerinə yetirməyib?

Redaktor

28.10.2024 22:55
287

Dövlət qurumu icra tələbini niyə yerinə yetirməyib?

Əmlak Məsələləri Dövlət Xidməti barəsində inzibati protokol tərtib edilib. 

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə ittiham edilir. 

İşə Xətai Rayon Məhkəməsində baxılacaq. 

Spritli içkilər istehsal edən "Kristal Plus" Qapalı Səhmdar Cəmiyyəti (QSC) iş üzrə zərərçəkmiş şəxs qismində tanınıb. 

528.1-ci maddəyə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Hüseyn

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...