Redaktor
DOST Agentliyi inzibati binanın kv.metrini 130 manatdan rəsmiləşdirib - 2 milyonluq tender
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi fantastik qiymətə inzibati binanı icarəyə götürüb.
Valyuta.az elektron satınalmalar portalına istinadən xəbər verir ki, Agentlik “2 saylı Bakı DOST Mərkəzi” üçün inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tender keçirib. Tenderin qalibi “Avtomotoservis” ASC seçilib. DOST Agentliyi sözügedən şirkətə sahəsi 1 293,9 kv. metr olan qeyri-yaşayış sahəsinin illik icarəsi üçün 2 milyon 15,4 min manat ödəyib.
Bu isə o deməkdir ki, DOST Agentliyi icarəyə götürdüyü ofisin 1 kvadratmetri üçün illik 1 558 manat, aylıq isə 129,8 manat ödəyib.
2 saylı Bakı DOST Mərkəzi 2019-cu ilin dekabr ayından fəaliyyət göstərir. Mərkəz Bakının Şüvələn qəsəbəsində, Almaz İldırım küçəsi 30 B ünvanında yerləşir. Bu ünvan ərazi baxımında 10-cu zona hesab olunur.
Qeyd edək ki, Bakıda biznes obyektlərinin kv.m üzrə aylıq icarəsi 8-30 manat arasında dəyişir. Daşınmaz əmlak bazarı üzrə təhlillər göstərir ki, yalnız şəhərin mərkəzi hissələrində qeyri-yaşayış sahələrinin icarəsi 100-150 manata başa gələ bilər. Şəhərin kənar hissəsi hesab edilən 10-cu zonada inzibati binanın icarəsinin aylıq 130 manatdan hesablanması fantastik qiymət hesab edilir. “İnzibati binada hansı texnologiyalar tətbiq edilməlidir ki, bu qiymətə təklif edilsin. Bu isə qeyri-müəyyəndir” - əmlak bazarı üzrə ekspertlər bildiriblər.


Pünhan
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO
20.01.2026Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək
20.01.2026Milyarderlərə saxta Davos biletləri satılıb
20.01.2026Metroda xətlərin ayrılacağı tarix açıqlandı
20.01.2026Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb
20.01.2026BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər
20.01.2026"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir
20.01.2026Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi
20.01.2026İctimai iaşə dövriyyəsi artıb
20.01.2026"ChatGPT"də reklamlar necə yayımlanacaq?
20.01.2026Uşaqlar üçün olan bu məhsul bahalaşdı
20.01.2026İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
20.01.2026Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı
20.01.2026