Redaktor
"Bütün dünyada olan françayzlıq Azərbaycana gələndə forma dəyişdirir"
"Azərbaycanda françayzlıq idarəetməsində yanlışlıqlar var. Bütün dünyada olan françayzlıq Azərbaycana gələndə forma dəyişdirir. Dünyadakı françayzlıqlar da bunu qəbul edirlər. Bunun bir çox nümunəsi var. Azərbaycan toplumu dünya marketinq strategiyasını birəbir mənimsəmir. Özünəməxsus etməyə çalışır".
Bunu "Valyuta.az"a müsahibəsində marketinq və brend inkişafı üzrə türkiyəli mütəxəssis Burak Kölemen deyib:
Ekspertin sözlərinə görə, françayzlıq bir mədəniyyət transferidir və onun orijinallığına müdaxilə edildikdə, bu model öz mahiyyətini itirir.
"Françayzlığın nə olduğunu sadə dildə izah edim. Deyək ki, siz Masallının bir kəndindənsiniz. Kənddəki nənəniz öz resepti ilə bir mürəbbə bişirir və çox dadlıdır. Siz də deyirsiniz ki, onu nənəmdən başqa heç kim edə bilmir. Sonra o mürəbbəni ananıza öyrədir və siz də ananızdan öyrənirsiniz. Sonra gəlib deyirsiniz ki, mən bir mağaza açıram, o reseptlə mürəbbə hazırlayıb satacam və bu, mənim ənənəvi mədəniyyətimdir. Heç kim mənim reseptim ilə o məhsulu çıxara bilməz. O mədəniyyətlə bir bazar yarada bilirsinizsə, bu, françayzlıqdır. Sonra bunu başqalarına gizli şəkildə öyrədib Türkiyəyə göndərirsiniz. Nəticədə sizin mədəniyyətiniz yayılır. Səhəri gün mən Türkiyədə desəm ki, bunu Türkiyədə yeməzlər, gəl ad qalsın, amma onu “reçel” edək. Bu françayzlıqdan, mədəniyyət yayılmasından çıxar".

B.Kölemen ABŞ və Türkiyə "brend"ləri arasında fərqlərə də diqqət çəkib:
"Amerika öz mədəniyyətini ölkələrə françayzlıqlarla yayır. Məsələn, KFC-yə “toyuğu bu sousla yox, başqa sousla edək, bizdə ona tələb var” - deyə bilməzsən. Amma Türkiyədəki “Özsüt”ə “Restoranda kabab da verək” deyərsən, onlar da “Pulumu göndər, kabab da qoy” deyərsə, o, “Özsüt”lükdən çıxar. Bunları misal olaraq deyirəm. Azərbaycanda bəzi ABŞ markaları və güclü olan digər françayzlar müdaxiləyə icazə vermirlər. Amma türk françayzlıqların bəziləri axşam canlı musiqi, spirtli içkilər, qutab, peraşki və s. əlavə edir".
Ərtraflı linkdə: //valyuta.az/az/read/71649/
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
08.12.2025"By Ruslan"ın sahibi yeni restoran açır: "Əlimdən hər şeyi ala bilərlər, amma..."
08.12.2025Dövlət Gömrük Komitəsi büdcə proqnozuna tam əməl edə bilməyib
08.12.2025
"Wall Street"in aparıcı strateqlərindən 2026-cı il üçün proqnozlar
08.12.2025Əmlak sığortası üzrə 196 milyon sığorta haqqı ödənilib
08.12.2025Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI
08.12.2025Bəzi məhsullar niyə məhz kassa yanında olur?
08.12.2025Bu kolleclərə yeni təyinatlar oldu
08.12.20252026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər keşbek verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025