Redaktor
Bank kartları ilə ödəniş bütün avtobuslarda aktivləşdirildi
NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizmi Bakı şəhəri üzrə nağdsız ödəniz sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında aktivləşdirilib.
Valyuta.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir. Hazırda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdim edilir. İlkin mərhələnin nəticələrinə əsasən gələcəkdə ardıcıl ödəniş əməliyyatlarının sayının artırılması planlaşdırlır.
Bildirilib ki, yeni sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıq nağd pul və ya fiziki "BakıKart"ın daşınmasına ehtiyac qalmır – telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.
Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli yerli bank kartları, həmçinin smartfon və fiziki kartdan istifadə etməlidirlər.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellekt haqqında 5 ən böyük yanlış fikir
19.01.2026İlon Mask "OpenAI" və "Microsoft"dan 134 milyard dollar tələb edir
19.01.2026Orta aylıq əməkhaqqı min manatı keçən sahələr - SİYAHI
19.01.2026Azərbaycanda ən yuxarı və ən aşağı sürətli internet satan şirkətlər - SİYAHI
19.01.2026Bakı metrosunda iş saatı uzadılacaq
19.01.2026Avtobusla sərnişin daşımalarının həcmi artıb
19.01.2026“BYD Motors Baku” borca düşdü
19.01.2026Qeyri-sabit iqtisadiyyata baxmayaraq, kriptovalyutalara investisiya etməyin 4 səbəbi
19.01.2026Bakıda 10 avtobusun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
19.01.2026COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
19.01.2026Azərbaycan Prezidenti "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb
19.01.2026