Redaktor
"Azəriqaz" 22 il əvvəl ölən qadının adına borc hesabladı, məhkəmə borcun silinməsinə qərar verdi
Azəriqaz" İstehsalat Birliyi tərəfindən 22 il əvvəl vəfat edən qadının adına 2020-ci və 2024-cü illər arasında ümumilikdə 12 824.40 manat borc hesablanıb.
Bununla bağlı mərhumun nəvəsi məhkəməyə müraciət edib.
İşin hallarına görə, "Azəriqaz" İB tərəfindən 2020-2024-cü illər ərzində aktlar tərtib edilib, aktlarda sayğacsız təbii qazdan qeyri-qanuni istifadə olunduğu qeyd edilib. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Gövhər Məmməd qızı 2003-cü ildə vəfat edib.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş fərdi evə quraşdırılan qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməyib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə iddia təmin edilib. Cavabdeh tərəfindən hesablanmış 12 824.4 manat məbləğində borc silinib.
©Oxu.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərErkən yaşda varlanmaq psixoloji risk yaradır
12.12.2025EBRD Azərbaycana 100 milyon dollar ayrılmasını təsdiqləyib
12.12.2025Bu bank kartları ilə mil qazanmaq daha sərfəlidir - ADLARI
12.12.2025Zaur Əliyev direktor müavinini işdən çıxardı - Yeni təyinat
12.12.2025Ən çox şikayət olunan banklar - SİYAHI
12.12.2025Cəbrayılda kəndə qaz çəkilişi üçün milyonluq tender elan olunub
12.12.2025