Azərbaycanda turizm reyestri yaradılacaq

Redaktor

04.10.2021 14:33
843

Azərbaycanda turizm reyestri yaradılacaq

Azərbaycanda turizm reyestri yaradılacaq.

Bu, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Qeyd edilib ki, turizm reyestri ölkənin turizm ehtiyatları və sənayesi barədə məlumatları özündə ehtiva edən vahid turizm informasiya bazası rolunu oynayacaq.

Reyestr turizm sənayesi subyektləri barədə digər dövlət informasiya ehtiyatlarında olan məlumatları Elektron Hökumət İnformasiya Sistemi üzərindən topladığı üçün sahibkarlıq subyektləri üzərində əlavə öhdəliklərin yaranmasına səbəb olmayacaq.

 Qanun layihəsinə əsasən, mehmanxanalar, turoperator və turagentlər, turizm bələdçilər tərəfindən müvafiq olaraq ulduz kateqoriyaları, mülki məsuliyyət sığortası və turizm bələdçilik sertifikatı barədə məlumatların Reyestrə daxil edilməsi məcburi xarakter daşıdığından turizm sənayesinin bu üç əsas subyekti barədə dəqiq və dolğun statistik məlumatlar toplanacaq. 

Bundan əlavə, Reyestrin açıq xarakter daşıması potensial turistlərin Reyestrdə rahatlıqla axtarış aparmasına, mövcud məlumatlar əsasında turizm şirkətlərinin dəyərləndirilməsinə və daha peşəkar şirkətlərin seçilməsinə imkan yaradacaq, bu isə öz növbəsində istehlakçıların hüquqlarının pozuntusu hallarının azalması ilə nəticələnəcək.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

14.03.2026

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

14.03.2026

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026

Məzənnə

Yüklənir...