Azərbaycanda qiyabi təhsil ləğv olunacaq?

Redaktor

10.05.2025 00:54
540

Azərbaycanda qiyabi təhsil ləğv olunacaq?

Son illərdə dünyada ali təhsilin təşkilində mühüm dəyişikliklər baş verməkdədir. Qiyabi təhsil forması bir çox ölkələrdə ya tamamilə ləğv olunub, ya da əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Bəs Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil ləğv oluna bilər?

Təhsil eksperti İlqar Orucov Metbuat.az-a açıqlamasında bildirib ki, artıq Azərbaycanda qiyabi təhsil forması demək olar ki, tarixə qovuşmaqdadır:

“Hazırda çox az sayda ixtisas və universitetlərdə qiyabi təhsil davam etdirilir. Magistratura pilləsində qiyabi təhsil ümumiyyətlə mövcud deyil. Bakalavr pilləsində isə bəzi ixtisaslarda hələ də qiyabi təhsil üzrə qəbul aparılır. Ola bilsin ki, həmin ixtisaslarda qiyabi təhsil ləğv olunmasın. Lakin görünən budur ki, dünya təcrübəsi də göstərir ki, qiyabi təhsil artıq əvvəlki kimi prioritet təşkil etmir. Çünki əvvəllər qiyabi təhsil daha çox tələbənin istehsalatdan ayrılmamaqla təhsil almasına imkan verirdi. Yəni tələbə həm işləyir, həm də hər semestr müəyyən müddətə universitetə gəlib sessiyalara qoşulur, imtahan verirdi. Amma qiyabi təhsilin keyfiyyəti həmişə aşağı olub”.

İ.Orucovun sözlərinə görə, zaman-zaman universitetlərdə qiyabi təhsil alanlara münasibət formal xarakter daşıyıb:

“Mən bunu indi də belədir deyə bilmərəm, amma keçmişdə çox hallarda sadəcə yola verilib. Qiyabi təhsil alan və sonradan məzun olan şəxslərin savad səviyyəsi yetərincə olmayıb. Çünki onlar demək olar ki, auditoriyanı görməyiblər, imtahanlarda güzəşt edilib və hansısa səbəbdən qiymət alıblar. Bu, heç kimə sirr deyil və çox da uzaq olmayan keçmişin hadisələridir. Görünən budur ki, əgər söhbət keyfiyyətli təhsildən gedirsə, qiyabi təhsil bu məqsədə uyğun deyil”

Ekspert hesab edir ki, gələcəkdə qiyabi təhsil formasını distant təhsil əvəz edə bilər:

“Çünki bizim “Ali təhsil haqqında” qanunda distant təhsil hələ ki yer almır. Lakin hazırda bu qanun müzakirə mərhələsindədir və düşünürəm ki, bu sənəddə distant təhsil məsələsinə də yer verilməlidir. Hal-hazırda qanunvericiliyə əsasən, distant təhsil üzrə verilən diplomlar tanınmır, universitetlər bu formada təhsil təqdim edə bilmirlər. Amma əgər bu imkanlar genişlənsə, distant təhsil qiyabi təhsildən daha səmərəli ola bilər. Bu baxımdan mən düşünürəm ki, artıq yeniliyə, məhz bu formata keçidin vaxtı çatıb”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi

10.03.2026

Məzənnə

Yüklənir...