Redaktor
Magistral kəmərlərlə qazın nəqli artıb
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 29 571,2 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,5% artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qaz nəqlinin 56,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Belə ki, hesabat dövründə bu kəmərlə 16 802,8 mln. kubmetr qaz ötürülüb (2,34%-lik artım).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 806,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,4% artım müşahidə olunub. Qaz nəqlinin 54,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).
© APA
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPeşə əmək qabiliyyətinin itirilməsi üzrə sığorta ödənişləri 34% azalıb
13.03.2026
Azərbaycanlı bankirin yaratdığı startap indiyə qədər 1 milyon dollar investisiya alıb
13.03.2026Müharibə başlayandan İran kriptobirjalarından 10 mln. dollarlıq aktiv çıxarılıb
13.03.2026Ali Məhkəmədən şərikli ticarətlə bağlı mühüm QƏRAR
13.03.2026“Aqrarkredit” BOKT 7 əmlakını hərraca çıxarır - Qiymətlər
13.03.2026Daha bir icra hakimiyyətində kütləvi ixtisar - 44 nəfər işdən çıxarıldı
13.03.20266 sığorta növü üzrə yanvarda yığım və ödəniş qeydə alınmayıb - SİYAHI
13.03.2026