Redaktor
Azərbaycanda bank sədrləri harada təhsil alıblar? - ARAŞDIRMA
Azərbaycanda fəaliyyət göstərən banklar müəyyən şəxslər - CEO-lar tərəfindən idarə olunur.
Bu şəxslər bankların strateji inkişafını formalaşdırır, gündəlik əməliyyatları nəzarətdə saxlayır və maliyyə sabitliyinin qorunmasına cavabdeh olurlar.
Valyuta.az bu yazıda Azərbaycanın aparıcı banklarında İdarə Heyətinin sədrlərinin (CEO-lar) ixtisasları və harada təhsillərini başa vurduqlarını araşdırıb:
Fərid Hüseynov, CEO, "Kapital Bank" - Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində magistratura təhsili alıb.

Abbas İbrahimov, СEO, "ABB" Bank - 1994-1999-cu illərdə Anadolu Türk litseyində təhsil alıb. Ali təhsilini dövlət xətti ilə Türkiyədə almışdır.1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində maliyyə istiqamətli MBA təhsili almışdır. ABŞ-ın CFA (Chartered Financial Analyst) İnstitutu tərəfindən təşkil olunan CFA proqramının 2 səviyyəsini tamamlamış, proqramın son səviyyəsinə namizəddir.

Tural Həsənov, CEO, "Azər-Türk Bank" - Təhsilini iqtisadiyyat və maliyyə sahəsində aparıcı beynəlxalq və yerli ali məktəblərdə davam etdirən şəxs 2001–2006-cı illərdə Bakı Özəl Türk Liseyində orta təhsil almış, daha sonra 2006–2011-ci illərdə Orta Doğu Texniki Universitetində (Middle East Technical University) iqtisadiyyat ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə ilə tamamlamışdır. 2011-2012-ci illərdə Böyük Britaniyanın nüfuzlu Exeter Universitetində maliyyə və menecment ixtisası üzrə magistr təhsili almış, 2024-cü ilin sentyabr ayından etibarən isə London Business School-da Executive MBA proqramı üzrə təhsilini davam etdirir.

Davit Tsiklauri, CEO, "AccessBank" - London Biznes Məktəbindən MBA dərəcəsinə malikdir.

Heybət Qədirov, CEO (Müvəqqəti), "Unibank" - Azərbaycan Dövlət İqtisad Universitetində Bakalavr və magistr dərəcəsini - Maliyyə və kredit ixtisası üzrə alıb.

Orxan Qarayev, CEO, "Turan Bank" - Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC).

Aydın Hüseynov, СEO, "Rabitəbank" - 1996-2000-ci illərdə Türkiyə Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə həmin Universitetdə Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. Fəlsəfə Doktoru elmi dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunmuşdur. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.

Cavid Quliyev, CEO, "Paşa Bank" - Azərbaycan Dillər Universitetində “Xarici dillər” ixtisası üzrə bakalavr təhsilini (1994), Azərbaycan Dövlət İqtisad Universitetində isə “Maliyyə və kredit” ixtisası üzrə ikinci ali təhsilini (2000) tamamlamışdır. 1999-cu ildə HSBC Qrupunun İdarəetmə Kollecini (Executive Training Management College) bitirmişdir.

Amid Qənbərov, СEO, "AFB Bank" - 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyatın tənzimlənməsi" ixtisası üzrə bakalavr pilləsini, 2004-2006–cı illərdə isə həmin universitetin magistr pilləsini bitirmişdir.

Həsən Quliyev, CEO, "Bank of Baku" - Bakalavr təhsilinə Azərbaycan Dövlət İqtisad Universitetində (Xüsusi istedadlar qrupu – XİQ) yiyələnib. O, təhsilini magistr dərəcəsi ilə davam etdirərək öncə UNEC-də maliyyə üzrə MBA, sonra ADA Universiteti – “Maastricht School of Management”də EMBA təhsili alıb.

Kamran Məcidov, CEO, "Xalq bank" - 2002-ci ildə Xəzər Universitetinin Maliyyə və Kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2005-2007-ci illərdə Norvec Biznes Ali Məktəbində (Norwegian Business School, BI) təhsil alaraq Maliyyə və iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2007-2010-cu illərdə Xəzər Universitəsində Maliyyə Menecmenti fənni üzrə mühazirələr oxuyub. 2014-2015-ci illərdə ABŞ-ın Harvard Universitetinin (Harvard Business School) “Executive Education” proqramları çərçivəsində “İdarəetmə və Menecment üzrə təkmilləşdirmə kursu”nu (Program for Leadership Development) bitirərək həmin universitetin məzunu statusunu qazanıb.

Kənan Orucov, CEO, "ASB" - 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirmişdir.
Mete Şamil Öztürk, CEO, "Yapı Kredi Bank Azərbaycan" - Bakalavr təhsilini Anadolu Universitetinin İqtisadiyyat və İnzibati Elmlər fakültəsində bitirmişdir.

Selçuk Demir, СEO, "Ziraat Bank Azərbaycan" - 1989-cu ildə Anadolu Universitetində bakalavr pilləsi üzrə təhsilini başa vurduqdan sonra İstanbul Ticarət Universitetində Beynəlxalq Bankçılıq və Maliyyə ixtisası üzrə Magistr dərəcəsini və İstanbul Universiteti İqtisadiyyat Fakültəsində İqtisad elmləri doktoru dərəcəsi ilə tamamladı.

Rüfət Kərimov, CEO, "Bank Avrasiya" - 1985-ci ildə Azərbaycan Texniki Universitetinin "Radiotexnika" fakultəsini bitirmişdir.
Tariyel İsmayılov, CEO, "Bank Respublika" - 2003-cü ildə Milli Aviasiya Akademiyasını bitirib. 2007-ci ildə isə Azərbaycan Texnologiya Universitetini "İnzibati İdarəetmə" ixtisasını bitirib.

Mahir Nəcəfov, CEO (Müvəqqəti), "Premium Bank" - Azərbaycan Politexnik Universitetinin “Maşınqayırma texnologiyası” fakültəsini “Mühəndis-Mexanik” ixtisası üzrə Magistr dərəcəsi ilə bitirib.

Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər61 min manat vergi borcu olan şirkət ləğv olunur
15.12.2025Azərbaycanda kolbasa istehsalı artıb
15.12.2025Bu şəxslərə əlavə 150 manat maaş hesablanacaq
15.12.2025İki kredit ittifaqına icrası məcburi olan göstəriş verilib
15.12.2025Yeni icra başçısı 23 illik müavini vəzifədən azad etdi
15.12.2025Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı
15.12.2025Alkoqolsuz içki istehsalı artıb
15.12.2025Mərkəzi Bank bu şirkətin vəzifəli şəxsini 10 min manat cərimələdi
15.12.2025Son 5 ildə Azərbaycanda 15 mindən çox avtomobil istehsal olunub
15.12.2025Bu universitetin yataqxanası təmir ediləcək - 1 milyonluq layihə
15.12.2025