Azərbaycanda 10 min manatla qurulacaq bizneslər

Redaktor

17.09.2025 10:52
1,064

Azərbaycanda 10 min manatla qurulacaq bizneslər

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin qarşısına çıxan ilk sual kapital məsələsidir. Çoxları düşünür ki, biznes qurmaq üçün böyük məbləğlər tələb olunur. Amma kiçik büdcə ilə də müəyyən sahələrdə işə başlamaq mümkündür. Məsələn, Azərbaycanda 10 min manatla hansı bizneslərə başlayıb, uğurlu olmaq olar?

Biznes təlimçi İlham Əfəndiyev Valyuta.az-a bildirdi ki, Azərbaycanda sahibkarlığa başlamaq üçün böyük kapital şərt deyil: “Vacib olan məsələ düzgün sahənin seçilməsidir. Bunun üçün bazar araşdırması aparılmalı və müştəri ehtiyacına cavab verən xidmət və ya məhsul təklif olunmalıdır”.

Onun sözlərinə görə, 10 min manatla başlamaq mümkün olan biznes sahələri sırasında ilk olaraq xidmət sahələri önə çıxır. Məsələn, son illərdə onlayn alış-verişin sürətlə artması kuryer xidmətlərinə tələbatı yüksəldib. Bundan əlavə, xarici dil, kompüter bacarıqları, satış və kommunikasiya kimi kurslara marağın artması da tədris mərkəzlərinin açılmasını perspektivli edir. Bu məbləğlə kiçik ofis kirayələmək, reklam və avadanlıq xərclərini qarşılamaq mümkündür. Həmçinin, mənzil və ofislər üçün təmizlik xidməti yaradaraq kiçik bir komanda formalaşdırmaq da sahibkarlığa başlamaq üçün real seçimlərdən biridir.

Ekspert deyir ki, son dövrlərdə tələbatı artan sahələrdən biri də qida sektorudur: “Kiçik kafe və ya fast-food nöqtəsi – burger, dönər, şirniyyat və ya sağlam qidalanma konsepti təqdim edən bizneslər də kiçik məbləğlə qurulan kateqoriyaya aid etmək olar. Yaxud da ev şirniyyatları sataraq başlamaqla sonradan biznesi genişləndirmək olar”.

İ.Əfəndiyevin sözlərinə görə, az büdcə ilə başlamaq üçün perspektivli sahələrdən biri də onlayn və rəqəmsal biznesdir: “Məsələn, geyim, aksesuar, uşaqlar üçün məhsullar və ya təbii qidaların satışını həyata keçirən e-ticarət mağazası açmaq mümkündür. Daha sonra isə bu təcrübəni genişləndirərək kiçik bizneslər üçün sosial media marketinq agentliyi qurmaq və SMM xidməti göstərmək az məbləğlə biznesə başlamaq üçün faydalı seçim ola bilər”.

Biznesimizi qurmaq üçün işdən ayrılmalıyıq?

Ekspertin fikrincə, biznes qurmağın yollarından biri də məhsulu özün istehsal edib bazara çıxarmaqdır: “Mini istehsal istiqamətləri, məsələn, sabun, şam, suvenir və hədiyyə məhsullarının hazırlanması kifayət qədər perspektivlidir. Bundan başqa, poliqrafiya və çap xidmətləri - vizit kart, poster, loqo dizaynı və digər çap işləri də kiçik biznes üçün əlverişli seçimlərdir”.

Ekspert hesab edir ki, biznes qurmaq üçün ən perspektivli sahələrdən biri də kənd təsərrüfatı və təbii məhsulların istehsalıdır: “Kiçik istixanalarda pomidor, xiyar və ya göyərti yetişdirmək kifayət qədər gəlirli ola bilər. Bundan əlavə, arıçılıq və ya quşçuluqla məşğul olaraq həm bal, həm də yumurta istehsalı üzərindən dayanıqlı biznes qura bilər”.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Kritik minerallarda qlobal rəqabət: Tələb 2040-a qədər 350 faiz arta bilər

13.06.2026

2026-cı il dünya çempionatında ən yüksək maaş alan futbolçular

13.06.2026

Mehdiyevlərin bankı adını dəyişərək "T-Kredit" BOKT-a çevrildi

13.06.2026

Pulunu qənaətlə idarə edən insanların əsas maliyyə qaydası açıqlanıb

13.06.2026

Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib

13.06.2026

2026-cı ildə uzunmüddətli istifadə üçün alınmalı 4 kompakt avtomobil

13.06.2026

Dörd ayda Çindən idxal 1,47 milyard dollara çatıb

13.06.2026

“Atəşgah Həyat”ın ilk 4 aylıq ödənişləri və yığımları - CƏDVƏL

13.06.2026

Sürətli qazancın gizli bədəli: Qısamüddətli mənfəət naminə etimadı itirməyin

13.06.2026

Yüklərin sığortalanması üzrə sığorta haqları 455 min manat artıb

13.06.2026

Ödənişlərdə ən çox hansı kartlardan istifadə olunub? - CƏDVƏL

13.06.2026

BƏƏ İranın 10 milyard dollarlıq aktivlərinin dondurulmasını ləğv etmək qərarına gəlib

13.06.2026

Azərbaycan nefti ucuzlaşıb

13.06.2026

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

13.06.2026

Dünya bazarlarında neft 3%-dən çox ucuzlaşıb

13.06.2026

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

13.06.2026
Bir proqramçının darıxarkən yaratdığı oyun dünyanı fəth etdi

Bir proqramçının darıxarkən yaratdığı oyun dünyanı fəth etdi

13.06.2026

İşıq vasitəsilə internet: Wi-Fi-ni əvəz edəcək 362 Gbit/s sürətli texnologiya

12.06.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 4 dəfə azalıb

12.06.2026

"Instagram"da yeni təhlükə: Risk yalnız sosial media ilə məhdudlaşmır

12.06.2026

Məzənnə

Yüklənir...