Azərbaycan və Hindistan şirkətlərinin mübarizəsi: İtaliyadakı milyard dollarlıq tenderin qalibi kim olacaq?

Redaktor

15.02.2025 20:34
933

Azərbaycan və Hindistan şirkətlərinin mübarizəsi: İtaliyadakı milyard dollarlıq tenderin qalibi kim olacaq?

"Baku Steel Company" İtaliyanın "Acciaierie d’Italia" polad zavodunu almaq üçün təqdim edəcəyi təklifini təxminən 1 milyard avroya (1,05 milyard dollar) qaldırmağı planlaşdırır.

Valyuta.Az xəbər verir ki, bu barədə "Il Messaggero" qəzeti məlumat yayıb.  

Bununla da şirkət zavodun alınması üçün keçirilən tenderdə əsas namizəd hesab edilir. 

Məlumata görə, rəsmi təklif yaxın günlərdə təqdim ediləcək və İtaliya hökuməti mart ayına qədər danışıqları yekunlaşdırmağa ümid edir. Qəzet məlumatın mənbəyi barədə açıqlama verməyib. "Il Messaggero"nun xəbərinə görə, zavod üçün digər əsas təklifi Hindistanın "Jindal Steel" şirkətinə məxsus "Vulcan Green Steel" verib. Lakin "Baku Steel"in təklifi daha yüksəkdir.

Qeyd edək ki, əsası 1965-ci ildə qoyulan "Acciaierie d'Italia" zavodu İtaliyanın ən böyük polad istehsalçısıdır və əsasən Taranto şəhərində yerləşən zavodda fəaliyyət göstərir. Bu zavod, Avropanın ən böyük polad istehsal müəssisələrindən biri hesab olunur. Şirkət, avtomobil sənayesi, tikinti, enerji və qida emalı kimi müxtəlif sahələr üçün polad məhsulları istehsal edir. 

Zavod artan enerji xərcləri və zəif tələbat səbəbindən istehsalı davam etdirməkdə çətinlik çəkib və bu səbəbdən də dövlətin idarəçiliyinə verilib.  

"Reuters" agentliyinin məlumatına əsasən İtaliyanın baş naziri Corciya Meloni üçün zavodun gələcəyi mühüm məsələdir, çünki zavodun bağlanması ölkənin istehsal sektoruna ciddi təsir göstərə bilər.  

Zavodun fövqəladə komissarları yaydıqları açıqlamada təkliflərin “bir neçə gün ərzində” qiymətləndiriləcəyini və nəticələrin sənaye nazirliyinə göndəriləcəyini bildiriblər. 

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İcra başçısı köməkçisini işdən çıxardı

12.03.2026

Azərbaycanda virtual kartların sayı 24 % artıb

12.03.2026

İrandan Azərbaycana gətirilən portağalda rəngləyici maddə aşkarlandı

12.03.2026

DVX-nin Baş İdarəsinə rəis və rəis müavini təyinatı oldu

12.03.2026

Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb

12.03.2026

AMB: Ötən il nağdsız ödənişlərin ümumi məbləği 100 milyard manata yaxın olub

12.03.2026

Alüminiumun qiyməti bahalaşdı

12.03.2026

Müharibə bazarlara zərbə vurur: Dollar möhkəmləndikcə qızıl ucuzlaşır

12.03.2026

Türkiyəyə 232 manata satdığımız məhsulu Rusiyaya 2544 manata satmışıq

12.03.2026

Rabitəbank Xankəndidə “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil edib ®

12.03.2026

"AzerGold" sədri özünə 10-cu müşavir təyin etdi - FOTO

12.03.2026

Süni intellekt startapı 550 milyon dollar investisiya alıb

12.03.2026

Dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər - MƏBLƏĞ

12.03.2026

Nazir müşavirlərindən birini vəzifəsindən azad etdi

12.03.2026

5 875 nəfər Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib

12.03.2026

Azərbaycanda yenilik: Adamlar özlərinə könüllü kredit qadağası qoyacaqlar - DETALLAR

12.03.2026
“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”

“Kartla ödənişlərin artmasının vətəndaşlar üçün bir neçə faydası var”

12.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

12.03.2026

DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir

12.03.2026

Şəxsin razılığı olmadan görüntüsündən süni intellektdə istifadə edilməsi həbsə səbəb olacaq

12.03.2026

Məzənnə

Yüklənir...