Redaktor
“Azərbaycan Dəmir Yolları” xaricə satışını 1 milyon dollar artırdı - Yeni rəqəmlər
2025-ci ilin yanvar-dekabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin xaricə satışdan əldə etdiyi gəlirlər 1,5 milyon ABŞ dolları təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 232 min ABŞ dolları və ya 5,6 dəfə artım deməkdir.
Belə ki, 2024-cü ilin yanvar-dekabr aylarında şirkətin ixrac gəlirləri 268 min dollar olub.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları”nın xaricə satışdan gəlirləri yanvar-iyun aylarından etibarən 1,5 milyon ABŞ dolları səviyyəsində göstərilib.
Bununla yanaşı, ötən ilin əvvəlindən "İxrac İcmalı"nın iyun sayına qədər olan müddətdə isə “Azərbaycan Dəmir Yolları” dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində yer almayıb.
Mayya Hüseynova