"Amazon"un bulud xidməti çökdü - Bir çox məşhur saytlarda kəsintilər yarandı

Redaktor

20.10.2025 11:01
205

"Amazon"un bulud xidməti çökdü - Bir çox məşhur saytlarda kəsintilər yarandı

"Amazon" bulud xidmətləri bölməsi - Amazon Web Services (AWS)  genişmiqyaslı nasazlıqla üzləşib. Bu problem nəticəsində "Snapchat", "Robinhood","Coinbase", hətta "Amazon.com", "Prime Video" və "Alexa" kimi platformalarda da kəsintilər yaranıb.

Valyuta.az xəbər verir ki, AWS rəsmi status səhifəsində belə bildirib: “Hazırda ABŞ-ın US-EAST-1 regionunda bir çox AWS xidmətlərində xətaların və gecikmələrin artdığını təsdiqləyirik”.

Perplexity şirkətinin baş direktoru Aravind Srinivas “X” (keçmiş Twitter) platformasında paylaşım edib: “Perplexity hazırda fəaliyyət göstərmir. Əsas səbəb AWS-dəki texniki problemdir. Bunu həll etməyə çalışırıq”.

Hazırda Amazon və AWS nümayəndələri məsələ ilə bağlı mediaya açıqlama verməyiblər.

Qeyd edək ki, süni intellekt startapı Perplexity və kriptovalyuta birjası Coinbase də öz xidmətlərindəki problemlərin AWS nasazlığı ilə bağlı olduğunu açıqlayıb.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...