Redaktor
Ailə biznesi qurmağın mənfi tərəfləri varmı?
Bəzən biznes quranda güvənəcəyimiz ortaq axtarırıq və tanıdığımız insanların olmasına üstünlük veririk. Məhz buna görə də bəzi insanlar ailə biznesi yaradır. Evin içindən iş ortağı seçirlər. Bəs ailə biznesinin mənfi tərəfləri varmı?
“SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov Valyuta.az bildirdi ki, ailə biznesi dünyada çox yayılmış praktikadır: “Ailə biznesi düzgün idarə edildiyi, yəni peşəkar yanaşıldığı təqdirdə çox effektiv ola bilir. Sadəcə gərək peşəkar yanaşılsın, emosionallıq olmasın. Məsələlərə sırf ailə üzvü, qohumluq kontekstində baxılmasın. Məsələn, cəlb edilmiş əməkdaşlara "ögey" yanaşılmasın. Ailə biznesində normal peşəkar iş mühitinin yaradılması vacibdir".
Onun sözlərinə görə, ailə biznesində rollar, iş bölgüsü, səlahiyyətlər, hesabatlıq çox aydın şəkildə müəyyən edilməlidir.

Bəs ailə biznesi ən çox nələrə məruz qaldıqda batmağa məcbur olur?
A.Bayramov deyir ki, rollar, məsuliyyətlər aydın müəyyənləşdirilməyəndə ailə biznesi batmağa başlayır: “Məsələn, iş yerində kimin müdir olduğu bilinmir və ya hamı müdirdir. Nəticədə hərə bir tərəfə çəkir, heç kimin konkret məsuliyyəti olmur. Daha bir səbəb isə peşəkarlara etibar etməməkdir. "Kənardan kimsə bizim kimi bu işi bilməz" düzüncəsi ilə heç kim yaxına buraxılmır, nəticədə qeyri-peşəkar yanaşma şirkəti batırır. Ailə bizneslərində rast gəlinən ən böyük problemlərdən biri də sərvət-miras bölgüsüdür ki, ciddi sıxıntılar yarada bilir. Bütün bunlar ailə bizneslərində rast gəlinən mənfi nüanslardır."
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMetroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar
03.03.2026"Cursor"un illik gəliri 2 milyard dolları keçib
03.03.2026İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?
03.03.2026Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb
03.03.2026"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026