ABB-nin xalis mənfəəti 15 milyon manata yaxın azalıb

Redaktor

15.04.2025 16:30
357

ABB-nin xalis mənfəəti 15 milyon manata yaxın azalıb

Azərbaycan Beynəlxalq Bankı – "ABB" 2025-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Valyuta.az xəbər verir ki, bu ilin birinci rübündə bankın ümumi aktivləri 14 milyard 329 milyon 641.30 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 140 milyon 338,58 min manat və ya 8,6% artım deməkdir.

Bankın faiz gəlirləri cari ilin birinci rübündə 257 milyon 668 min manat təşkil edib. 2024-cü ilin eyni dövründə bu göstərici 209 milyon 525 min manat olub. Beləliklə, faiz gəlirlərində 48 milyon 143 min manat və ya 23% artım qeydə alınıb. Bu artım əsasən müştərilərə verilmiş kredit portfelindəki ciddi genişlənmənin nəticəsidir. Həmin göstərici birinci rüb üzrə 191 milyon 398 min manat olub.

"ABB"-nin faiz xərcləri isə 83 milyon 551 min manat təşkil edib. 2024-cü ilin birinci rübündə bu göstərici 43 milyon 400 min manat idi. Beləliklə, faiz xərcləri 40 milyon 151 min manat və ya təxminən 92,5% yəni 2 dəfəyə yaxın artıb.

Faiz xərclərinin əsas hissəsini depozitlər üzrə faizlər təşkil edir. Bu göstərici cari ilin birinci rübündə 67 milyon 21 min manat, keçən ilin eyni dövründə isə 32 milyon 288 min manat olub. Artım 34 milyon 733 min manat və ya 107,5%, yəni 2 dəfədən çox təşkil edib.

Bankın xalis faiz gəliri 2025-ci ilin birinci rübü üçün 170 milyon 320 min manat olub. 2024-cü ilin birinci rübündə bu göstərici 163 milyon 760 min manat səviyyəsində idi. Beləliklə, 6 milyon 560 min manat və ya 4% artım müşahidə olunub.

Qeyri-faiz gəlirləri cari ilin ilk rübündə 77 milyon 433 min 640 manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 67 milyon 635 min 560 manat idi. Müqayisədə 9 milyon 798 min 80 manat və ya 14,5% artım olub.

Qeyri-faiz gəlirlərinin əsas hissəsini alınan haqq və komissiya gəlirləri təşkil edir. 2025-ci ilin birinci rübündə bu mənbədən 51 milyon 930 min manat, 2024-cü ilin birinci rübündə isə 55 milyon 222 min manat gəlir əldə edilib. Bu istiqamət üzrə 3 milyon 292 min manat və ya 5,96% azalma qeydə alınıb.

Bankın qeyri-faiz xərcləri isə bu dövrdə 130 milyon 165 min manat təşkil edib. 2024-cü ildə bu göstərici 96 milyon 595 min manat idi. Beləliklə, 33 milyon 570 min manat və ya 34,7% artım olub.

Son olaraq, "ABB"-nin xalis mənfəəti 2025-ci ilin ilk rübündə 65 milyon 664 min manat təşkil edib. Bu göstərici ötən ilin birinci rübündə 80 milyon 607 min manat olub. Beləliklə, xalis mənfəətdə 14 milyon 943 min manat və ya 18,5% azalma baş verib.

Qeyd edək ki, "ABB" 1992-ci ildən bəri tam səhmdar cəmiyyət kimi fəaliyyət göstərir.

Sərvanə Rəmixanova 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar

03.03.2026

"Cursor"un illik gəliri 2 milyard dolları keçib

03.03.2026

İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?

03.03.2026

Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb

03.03.2026

"Paramount" platformalarını birləşdirməyi planlaşdırır

03.03.2026

Bakıda estetik klinika 20 000 manat cərimələndi

03.03.2026

Bağlanan özəl universitetin binası BDU-ya verildi

03.03.2026

İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib

03.03.2026

Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi

03.03.2026

Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq

03.03.2026

"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq

03.03.2026

Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək

03.03.2026

Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir

03.03.2026

“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb

03.03.2026

Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®

03.03.2026

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI

03.03.2026

Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı

03.03.2026
İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI

03.03.2026

“AzərGold” yanvarda ixracdan 19,3 milyon dollar qazanıb

03.03.2026

"2 manat 40 qəpiklə həkim saxlamaq mümkün deyil"

03.03.2026

Məzənnə

Yüklənir...