Redaktor
9 milyard dəyərləndirmə ilə 400 milyon dollar investisiya aldı
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Cyera” şirkəti 400 milyon dollar məbləğində F seriyalı investisiya raundunu tamamlayıb.
Valyuta.az xəbər verir ki, “Cyera” bundan əvvəl 6 milyard dollar dəyərləndirmə ilə 540 milyon dollar investisiya cəlb etmişdi.
Yeni raunddan sonra 2021-ci ildə təsis edilən şirkətin ümumi dəyərləndirməsi 9 milyard dollara yüksəlib. “Cyera” bu günə qədər ümumilikdə 1,7 milyard dollar investisiya toplayıb.
Şirkətin məlumatına görə, yeni cəlb olunan vəsait məhsul inkişafının sürətləndirilməsi, süni intellekt əsaslı məlumat təhlükəsizliyi imkanlarının genişləndirilməsi, həmçinin qlobal bazarlarda satış və əməliyyat potensialının artırılması məqsədilə istifadə ediləcək.
“Cyera” 2021-ci ildə Yotam Segev və Tamar Bar-İlan tərəfindən təsis edilib. Şirkət müəssisələrin bulud sistemləri və verilənlər bazaları üzrə həssas məlumatların yerini avtomatik müəyyən edən, bu məlumatları növünə və risk səviyyəsinə görə təsnif edən platforma təqdim edir.
Platforma vasitəsilə şəxsi məlumatlar, maliyyə informasiyaları və tənzimləmələrə tabe olan digər kritik məlumatlar görünən hala gətirilir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNağd pul və kart dövrü bitir: QR ödənişlərin üstünlükləri nələrdir?
11.01.20269 milyard dəyərləndirmə ilə 400 milyon dollar investisiya aldı
11.01.2026Ən çox milyarderə sahib olan 10 şəhər - SİYAHI
11.01.2026Heyvanlar üçün edilən ödənişlərdə yarım milyondan çox azalma
11.01.2026Niyə insanlar gəlirindən çox xərcləyir? - SƏHƏR OXUSU
11.01.2026İqtisadi Zonaların İnkişaf Agentliyi mühafizəyə 1.5 milyondan çox pul xərcləyəcək
10.01.2026Azərbaycan üzərindən Ermənistana şəkər göndəriləcək
10.01.2026"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb?
10.01.2026İşdən çıxarılan rəisin əvəzinə YENİ TƏYİNAT
10.01.2026Milyonlarla borcu olan "Kontakt Home"un direktoru yenidən cərimələndi
10.01.2026"Lüks alış-verişin 75%-ni aşağı gəlirli insanlar edir"
10.01.2026