8 Noyabr prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Redaktor

22.05.2024 19:39
2,164

8 Noyabr prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan 29 may saat 22:00-dək 8 Noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Valyuta.az xəbər verir ki, alternativ olaraq sürücülər təmir müddətində sözügedən əraziyə paralel olan dənizkənarı avtomobil yolundan istifadə edə bilərlər.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...