Rəqsanə Məmmədova
Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer
Müasir biznes mühitində sadəcə məhsul satmaq kifayət deyil. Müştərilərin bir markaya bağlanması və onu daim seçməsi üçün düzgün strategiyalar tətbiq olunmalıdır. İnsanlar təkcə məhsul almırlar, onlar bir hiss, bir dəyər, bir yaşam tərzi alırlar.Ona görə də markanı müştəriyə sevdirmək vacibdir.
1. Brendin hekayəsini yaradın
İnsanlar hekayələri sevirlər. Hər güclü marka arxasında unikal bir hekayə dayanır. Markanızın yaranma səbəbi, keçdiyi yol və arxasındakı dəyərlər müştərilərlə paylaşılmalıdır.
2. Sosial dəyərlərə və trendlərə uyğun reklam mesajları
Marka yalnız kommersiya tipli reklamlar nümayiş etməməlidir. İnsanların yaddaşlarında qalmaq üçün cəmiyyətin trendlərinə uyğun marketinq kampaniyalar aparmalıdır. Məsələn, ekoloji məsuliyyətli bir marka olmaq, gender bərabərliyini dəstəkləmək və s
3. Aydın olan vizual kimlik yaradın
Müştərilər markaları vizual olaraq tanıyır və sevirlər. Brendin loqosu, rəng palitrası, şrifti və dizayn üslubu müəyyən bir duyğu yaratmalıdır. “Apple”ın minimalizmi, “McDonalds”ın sarı-qırmızı rəngləri və ya “Tiffany & Co”nun mavi qutusu kimi vizual kimliklər uzunmüddətli yadda qalır.
4. Fərqlənin və unikal olun
Markanızı unikal edən nədir? Siz müştərilərə hansı fərqli dəyəri təqdim edirsiniz? Bu suala cavab tapa bilsəniz, müştərilər sizi daha çox sevəcək. Müştərilərin fərdi ehtiyaclarına uyğun həllər təqdim edin. Brendin səs tonu və ünsiyyət üslubu unikal olmalıdır. Rəsmi, dostyana və ya əyləncəli – markanızın xarakterinə uyğun danışın. Eksklüziv klub və ya icma yaradın. Məsələn, xüsusi müştərilər üçün VIP proqramlar və ya tədbirlər təşkil edin.
5. Sosial sübut və rəylərdən istifadə edin
Müştərilər qərar verərkən başqalarının fikirlərinə çox önəm verirlər. İnsanların sizin markanızı sevməsi üçün real müştərilərinizin təcrübələrini paylaşın. Müştəri rəylərini və uğur hekayələrini paylaşın.Tanınmış şəxslərin (influenserlər, ekspertlər) brendiniz haqqında danışmasına şərait yaradın.
Markanı müştəriyə sevdirən əsas faktorlar emosional bağlılıq, güclü vizual kimlik, unikal dəyərlər və daimi ünsiyyətdir. Müştərilər yalnız məhsul almırlar – onlar bir hiss, bir həyat tərzi alırlar. Əgər brendiniz onlara bu hissi verə bilirsə, onda onlar sizi sevməyə və daim seçməyə davam edəcəklər.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI
05.12.2025Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU
05.12.2025Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025