Boşanma sevdiyimiz insanın ölümündən sonra yaşaya biləcəyimiz 2-ci ən stressli həyat hadisəsi hesab olunur. Boşanma itkidir, boşanan insan itki yaşayır və kədərin 5 mərhələsindən keçir. Ona bu itkini yaşamağa və qəbullanmağa zaman lazımdır. Bu zaman işəgötürənin də üzərinə müəyyən məsuliyyət düşür.
Kama Ahmad, kouç
Boşanmanın iş həyatına və bizneslərə təsirlərini başa düşmək rəhbərlərə və insan resursları mütəxəssislərinə boşanma ilə üzləşən heyətə daha yaxşı dəstək olmağa kömək edər.
Boşanma biznesə necə təsir edir?
Minneapolisdə yerləşən “Life Innovations”ın araşdırmasına görə, münasibətlərlə bağlı problemlərdən yaranan stress şirkətlərə ildə 300 milyard dollara başa gəlir. Eyni araşdırma, yeni boşanmış bir işçinin bir ildə dörd həftədən çox iş buraxa biləcəyini göstərib.
“Harvard Business Review” boşanmanın müəssisələrə və iş yerinə təsirinin müxtəlif yollarını araşdırıb və boşanmaların bizneslərə illik olaraq 150 milyard dollara başa gəldiyini aşkar edib.
Boşanma işçi məhsuldarlığına bir çox yolla təsir edir ki, bu da həm işçi, həm də işəgötürən üçün gəlir itkiləri ilə nəticələnir. Boşanan insanlar boşanmadan sonra 5 il ərzində işdə daha aşağı məhsuldarlıq səviyyəsi göstərirlər. Yeni Minnesota Universitetinin bir araşdırmasına görə, ayrılıqdan keçən və boşanan insanların təxminən 44 faizi boşanma prosesində olmanın onların işinə mənfi təsir göstərdiyi ilə razılaşıblar. Bəziləri işdə daha çox diqqətinin dağıldığını və ya hətta ağlamaq üçün ara vermək lazım olduğunu hiss etdiklərini bildirib.
Böyük Britaniyada 130 iş yerində işçilər arasında aparılan araşdırmaya görə, respondentlərin 60%-i ayrıldıqdan sonra psixi sağlamlıq problemlərindən əziyyət çəkdiyini qeyd edib. 10%-i boşanmanın ilk ilində işini tərk etdiyini bildirib.
“Nashville Business Journal”ın 2014-cü ildə apardığı başqa bir araşdırması göstərib ki, boşanmadan əvvəlki altı ayda və boşanmanın ilk ilində insanların məhsuldarlığı 40% azalır.
Boşanma Sizin iş həyatınıza necə təsir edir?
- Diqqətin yayınması və konsentrasiyanın azalması
- İşdə səhvlərin və iş qəzalarının artması
- İşdə zəif qərarlar qəbul etmək
- Aşağı sağlamlıq səviyyəsi, işdən yayınma hallarının artması
- Boşanan işçilər çox vaxt işə gecikirlər
- Unutqanlıq, yaddaş problemləri
- Narahatlıq, qəzəb, tənhalıq və yorğunluq işdə insanın mühakimələrini bulandırır və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
- İşdə daha neqativ əhval-ruhiyyə və aşağı iş performansı
- Boşanma zamanı və sonrasında bir çox insan mental problemlər yaşayır və işini tərk edir.
Boşanmadan keçən insan stress, narahatlıq, gələcəklə bağlı qorxular yaşayır. Araşdırmalar deyir ki, boşanmadan keçən insanların 30%-i depressiya yaşayır. Tək valideyn olmaq, şəxsi həyatda artmış məsuliyyət və öhdəliklər onun işinə və işdəki performans səviyyəsinə də təsir edir.
Boşanma yüksək münaqişəlidirsə, bu prosesi daha da çətinləşdirir. İnsan eyni anda həm işini, həm də şəxsi həyatındakı münaqişəni idarə etməyə çalışır və təbii ki, şəxsi həyatdakı stress iş həyatına da yansıyır. Boşanmadan daha rahat keçmək, boşanmadan sonra bərpa prosesini sürətləndirmək və boşanmanın iş həyatına təsirini maksimum azaltmaq üçün boşanan insanlar emosional və psixoloji dəstək xidmətlərinə müraciət etməlidirlər.

Boşanma prosesində işəgötürənlər boşanmadan keçən işçilərinin tənha hiss etməmələri üçün onlara xüsusi dəstək göstərsələr və onlar dəstək gördüklərini hiss etsələr, bu onlara prosesdən daha rahat keçməyə və daha tez bərpa olmağa kömək edər. Bunun üçün boşanan işçiyə əsnək iş qrafikinin yaradılması, onun ehtiyac duyduğu resurslarla işəgötürən tərəfindən təmin olunması işçiyə bu çətin həyati mərhələni daha tez geridə qoymaqda kömək edə bilər.
İşçilərinin ən çətin anlarında yanında olan və onlara dəstək olan bir şirkət daha sadiq və yüksək motivasiyalı işçilər yetişdirər.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI
05.12.2025Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU
05.12.2025Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025