Redaktor
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var
Sərvətinin dəyəri bu gün 148 milyard dollar olaraq qiymətləndirilir. Bu məbləğ onu planetin ən varlı 10-cu insanı edir. Söhbət "Dell Technologies"in qurucusu və baş direktoru Maykl Delldə gedir. Bəs o, bu sərvəti necə qazanıb?
Valyuta.az xəbər verir ki, 148 milyard dollarlıq xalis sərvətlə "Forbes"un Milyarderlər İndeksində 10-cu yeri tutan Maykl Dell şəxsi kompüter imperiyasını cəmi 19 yaşında, universitet yataqxanasındakı bir otaqda qurub.
Maykl Dell illər əvvəl verdiyi bir müsahibədə belə deyirdi: "Birinci kurs tələbəsi olanda final imtahanlarıma bir həftə qalmış 1.000 dollarla şirkəti yaratdım. Bəlkə də çox yaxşı fikir deyildi, amma 19 yaşında olanda məntiqli düşünmək üçün lazım olan bütün bacarıqlara sahib olmursan".
Xarici mənbələrə görə, Dell uşaq yaşlarından riyaziyyata və texnologiyaya həmişə maraq göstərib. Lakin kompüterlərə xüsusi marağı Ostindəki Texas Universitetində daha da inkişaf edib.
Texas Universitetində tibb təhsili alan Dell şəxsi kompüterlərə marağını biznesə çevirmək qərarına gəlib. O dövrdə kompüterlər mağazalarda hazır paketlər şəklində satılır, istifadəçilər üçün fərdiləşdirmə imkanları isə son dərəcə məhdud olurdu. Dell bazardakı bu boşluğu erkən görür.
1984-cü ildə, universitet yataqxanasındakı otağında kompüter hissələrini ayrıca alaraq müştərilər üçün fərdiləşdirilmiş sistemlər yığmağa başlayır. Onun cəmi 1.000 dollarlıq kapitalı olur. Bu məbləğ ilk detalları almağa və kiçik elanlar verməyə kifayət edir.
Dell belə deyir: "Kompüter alır, onun gücünü artırır, sonra yenidən satırdım. Bu həm əyləncəli idi, həm də qazanmaq üçün bir yol idi".
Daha sonra bu işin nə qədər böyük potensiala sahib olduğunu dərk edir: "Kompüter işini daha dərindən araşdırmağa başladığımda gördüklərimdən biri bu sahənin inanılmaz dərəcədə səmərəsiz işləməsi idi. Texnologiyanın istehsalçıdan alıcıya çatması çox vaxt aparırdı. Proses həm bahalı, həm də yavaş idi".
Maykl Dellin qurduğu modelin mərkəzində bir əsas fikir dayanırdı: Kompüterləri birbaşa son istifadəçiyə satmaq və lazımsız ara xərcləri aradan qaldırmaq.
Bu yanaşma bir neçə mühüm üstünlük yaradıb:
* Hazır məhsul stoklama ehtiyacı azaldıb.
* Məhsullar müştərinin istəyinə uyğun fərdiləşdirilə bilib.
* Mağaza və distribütor xərclərinin aradan qalxması qiymətləri aşağı salıb.
* Müştəri ilə birbaşa əlaqə sayəsində məmnuniyyət və geri dönüş sürətlə yaxşılaşıb.
Bu sistem o qədər təsirli olub ki, Dell qısa müddətdə universitet ətrafında tanınmağa başlayıb və sifarişlərin həcmi sürətlə artıb.
CNBC-nin 2018-ci il məlumatına görə, Dell yataqxanada işlədiyi dövrdə ayda 50.000–80.000 dollar arasında gəlir əldə etdiyini deyir. Bu təşəbbüs həmin dövrdə 25 yaşında olan və bu gün milyarder kimi tanınan Mark Kubyenin də diqqətini çəkir. Kubyen o zaman Dallasda öz kompüter şirkəti "MicroSolutions"ı qururmuş.
Kubyen bir bloq yazısında Dellin iş yerinə səfərini belə təsvir edir: "Müştərilərimin kompüterlərinə taxacağım sərt diskləri almaq üçün ora maşınla getdiyimi xatırlayıram. Şirkət sahibi yataqxana otağından çıxaraq kiçik bir ofis-anbara yeni köçmüşdül. Bu gənc oğlandan (Dell) o qədər təsirlənmişdim ki... O vaxt mən 25 yaşında idim və özümü ağıllı biri hesab edirdim. Ona gördüyü iş üçün təşəkkür edən məktub yazdım və belə davam edərsə, daha böyük işlərə imza atacağını söylədim".
"Dell Computer" yaradılmasından cəmi dörd il sonra, 1988-ci ildə 85 milyon dollarlıq bazar dəyəri ilə birjada listinqə çıxıb. Maykl Dell isə 1992-ci ildə "Fortune 500" şirkətlərindən birinə rəhbərlik edən ən gənc baş direktor olub.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2029-a qədər çatışmazlıq olmayacaq: Bəs gələn il qiymətlər necə olacaq?
05.12.2025Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var
05.12.2025Bu il ABŞ-da bir milyondan çox iş yeri ixtisar edilib
05.12.2025Zəka Mirzəyev iki müşavirini işdən çıxardı
05.12.2025"Azərpambıq"ın xaricə satışdan gəlirləri 13,4 milyon dollar azalıb
05.12.2025Bankların xarici valyutada maliyyə institutlarına kreditləri 38,7 milyon manat azalıb
05.12.2025İnsanlar kütləvi şəkildə günəş panellərini satışa çıxarır: Səbəb nədir?
05.12.202521 ildir fəaliyyət göstərən şirkət təsisçisini dəyişir
05.12.2025Bu marşrutun avtobusları yeniləndi
05.12.2025"iPhone 17" modellərindən biri rekord sürətlə dəyər itirir: Nə baş verir?
05.12.2025Şirkət rəhbəri borca görə məhkəməyə verildi
05.12.2025Yeni milli park yaradılır - Bu əraziləri əhatə edəcək
05.12.2025"Etibarlı Tərəfdaş Konsepsiyası" təsdiq edilib - SƏRƏNCAM
05.12.202521 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM
05.12.2025Lotereyada 9-cu lüks avtomobilin açarları təqdim edilib! ®
05.12.2025