Xaricdən Azərbaycana gətirilən əlil arabalarının qiymətləri - Cədvəl

Redaktor

05.12.2024 10:11
344

Xaricdən Azərbaycana gətirilən əlil arabalarının qiymətləri - Cədvəl

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrdən Azərbaycana 3 min 692 ədəd hərəkət üçün mexanizmlə təmin olunmamış əlil arabaları gətirilib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda arabaların gətirilməsinə 892 min ABŞ dolları vəsait ödənilib. İdxal olunan əlil arabalarının bir ədədinin orta qiyməti 241,6 ABŞ dolları (410 manat 70 qəpik) olub.

  Hərəkət üçün mexanizmlə təmin olunmamış əlil arabaları Miqdar (ədəd) Məbləğ (min ABŞ dolları Bir ədəd üçün orta qiymət (manatla)
  Rusiya 40 22,48 955,4
  Çin 3349 741,21 1 260 057
  Türkiyə 303 128,37 218 229
      Valyuta.az

Bu dövrdə Azərbaycana 618 ədəd digər əlil arabaları gətirilib. İdxal olunan arabalara 121 min 320 ABŞ dolları vəsait xərclənib. Bu arabaların bir ədədinin orta idxal qiyməti 196,3 dollar (333 manat 70 qəpik) təşkil edib.

  Digər əlil arabaları Miqdar (ədəd) Məbləğ (min ABŞ dolları Bir ədəd üçün orta qiymət (manatla)
  Rusiya 1 0,04 68
  Çin 574 117,75 348,7
  Türkiyə 38 3,37 1,19
  Almaniya 5 0,17 1 145,8
      Valyuta.az

Əvəz Həsənov

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...