Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq?

Redaktor

01.08.2024 11:43
499

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq?

Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Qərar bu gündən qüvvəyə minib.

Valyuta.az xəbər verir ki, bu barədə VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında yazıb.

O bildirib ki, uçot dərəcəsinin stabil saxlanılması inflyasiya meyillərinin hədəf diapazonu daxilində formalaşması və təbii ki, makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır: “2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsini azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında da əlavə 0.5 faizlik azalmaya getmişdi. 2024-cü ilin əvvəlində eyni yanaşma davam etdirilsə də porses artıq stabilləşmə fazasına daxil olub.

Makro-iqtisadi stabillik və istehlak bazarındakı mövcud qiymət səviyyəsi bu qərara zəmin yaratsa da inflyasiya proqnozunun hədəf diapazonu daxilində yenilənməsi manatın nominal effektiv məzənnəsinin tempi və tənzimlənən qiymətlərdə dəyişikliklər ilə bağlıdır. Bu isə, illik inflyasiya dərəcəsinin hədəf diapazonu daxilində olmasına imkan yaratsa da belə göstəricidə dəyişikliklərə səbəb ola bilər”.

V. Bayramovun sözlərinə görə, Mərkəzi Bank uçot dərəcəsini dəyişdirən zaman ən çox verilən sual bu qərarın kredit faizlərinə necə təsir etməsi ilə bağlıdır: “Yəni, uçot dərəcəsinin endirilməsi kredit faizlərini də azaldacaqmı? Kreditlərin ucuzlaşa bilməsi mümkünlüyünə gəldikdə isə, hələlik uçot dərəcəsinin bu faizlərə ciddi təsiri yoxdur. Əvvəlki açıqlamamızda qeyd etdiyimiz kimi, bu təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Bununla yanaşı, Mərkəzi Bankın belə qərarlarını gəlirlik əyirisi ilə yanaşı kredit və depozit bazarına da təsir göstərməsi olduqca vacibdir”.

“Digər tərəfdən, son aylar depozit faizlərində də artımlar davam edir. Artıq sistem əhəmiyyətli banklar illik manat depozitlərini 10.0 faizlə qəbul edilər. Bir müddət öncə orta hesabla 6.0 faiz təklif olunurdu. Kredit faizlərində artımların olmaması üçün uçot dərəcəsi daxil olmaqla digər alətlər vasitəsi ilə kredit faizlərində optimallığın qorunması çox vacibdir”, - V. Bayramov əlavə edib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yanan binanın sakinlərinə təzminat ayrıldı

15.12.2025

2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

15.12.2025

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

15.12.2025

Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyasını təqdim edildi

15.12.2025

"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?

15.12.2025

Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır

15.12.2025

İcra başçısı baş mütəxəssisi işdən çıxardı

15.12.2025

Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama

15.12.2025
Yarım milyon borcu olan şirkət kimindir?

Yarım milyon borcu olan şirkət kimindir?

15.12.2025

Aeroport yolunda sürət həddi endirildi

15.12.2025

Cəbrayılda milyonluq tender elan edilib

15.12.2025

Şəxsiyyət və sürücülük vəsiqələri bu qaydada veriləcək - YENİLİK

15.12.2025

İnsanlar riski kağız üzərində idarə edir, amma küçədəki sınaq...

15.12.2025

Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək

15.12.2025

"Apple" 2026-cı ilin əvvəlində qiymətləri kəskin artıracaq

15.12.2025

Azərbaycanla bu ölkə arasında viza rejimi qismən ləğv edildi

15.12.2025

Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? - DOSYE

15.12.2025

Prezident nazirliyin işçilərini təltif etdi - SİYAHI

15.12.2025

Pulunuzu evdə saxlayırsınızsa, hər 100 manatdan 10 manat itirirsiniz - İqtisadçı

15.12.2025

Prezident 3 nəfərə general rütbəsi verdi - SƏRƏNCAM

15.12.2025

Məzənnə

Yüklənir...