Redaktor
Tesla və Alphabet maliyyə hesabatlarını açıqlayacaq - Texnoloji sektorun taleyi bu həftə müəyyənləşir
2025-ci ilin ilk rübünə dair maliyyə nəticələrini təqdim edəcək ilk “Möhtəşəm 7-lik” üzvləri olan "Tesla" və "Alphabet" (Google-un ana şirkəti) bu həftə diqqət mərkəzindədir.
Valyuta.az xəbər verir ki, analitiklərin sözlərinə görə, bu iki texnoloji nəhəngin göstəriciləri “Böyük Texnologiya” sektoru üzrə ümumi tendensiyanı formalaşdıra bilər.
Tesla maliyyə nəticələrini çərşənbə axşamı, birja bağlandıqdan sonra açıqlayacaq. "Alphabet" isə cümə axşamı gecə hesabatını dərc etməyi planlaşdırır. Ardınca gələn həftə "Meta" və "Microsoft" çərşənbə günü, "Amazon" və "Apple" isə cümə axşamı hesabatlarını təqdim edəcək. "Nvidia" isə nəticələrini may ayının sonlarında açıqlayacaq.
İlin əvvəlindən bu yana texnologiya sektorunun aparıcı şirkətlərinin səhmləri ciddi dəyər itirib. 2025-ci ildə "Microsoft" və "Meta" nisbətən az zərər görsə də (10%-dən çox eniş), "Apple", "Amazon" və "Nvidia" 20%-dən çox dəyər itirib. "Tesla"nın səhmləri isə 40%-dən çox ucuzlaşıb.
Bu enişlərə əsas səbəblər kimi süni intellekt texnologiyalarına artan xərclər, Çin rəqibləri ilə güclənən rəqabət və ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni rüsumların yaratdığı iqtisadi qeyri-müəyyənlik göstərilir. “Wedbush” analitikləri bildirirlər ki, bu mühitdə texnoloji şirkətlərin əksəriyyəti yaxın ayda irəliyə dönük maliyyə proqnozu verməkdən çəkinəcək.
"Tesla" üçün siyasi təzyiqlər daha kəskin ola bilər. Şirkətin bir çox əsas bazarlarında satışların azalması və rəhbər Elon Maskın Tramp administrasiyasındakı fəaliyyəti ilə bağlı yaranan tənqidlər fonunda vəziyyət mürəkkəbləşib. Buna baxmayaraq, bəzi analitiklər "Tesla"ya nikbin yanaşır. “Deepwater Asset Management”in nümayəndəsi Cin Manster qeyd edir ki, "Tesla"nın “fiziki süni intellekt” sahəsindəki potensialı o qədər yüksəkdir ki, investorlar 2025-ci ilin çətinliklərini gözardı etməyə hazırdırlar.
"Alphabet" isə yeni ticarət mühiti fonunda daha dayanıqlı görünür. "Morgan Stanley" analitiklərinin fikrincə, "Meta" və "Amazon" kimi texnoloji nəhənglərlə birlikdə "Alphabet" miqyasına görə çətinliklərə daha davamlı ola bilər. Bununla belə, tariflər və digər qeyri-müəyyənliklər, o cümlədən rəqəmsal reklam bazarındakı zəiflik sektor üzrə riskləri artırır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025