Redaktor
Son 5 ildə nə qədər xam neft ixrac olunub?
Azərbaycan hər il bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarını xarici bazarlara ixrac edir.
Valyuta.az xəbər verir ki, son 5 ilin yanvar-oktyabr ayları üzrə ixrac statistikasına görə ümumilikdə 110 milyon 078 min 600,70 ton xam neft və neft məhsulları xaricə göndərilib.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan 20 milyon 754 min 593,06 ton xam neft və xam neft məhsulları ixrac edib. Ötən ilin eyni dövründə bu göstərici 20 milyon 571 min 968,71 ton təşkil edib. Nəticədə xam neft ixracında 182 min 624,35 ton və ya 0,88% artım qeydə alınıb.
2023-cü ilin yanvar-oktyabr aylarında isə xam neft ixracı 22 milyon 268 min 796,30 ton olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 696 min 827,59 ton və ya 7,6% azalma deməkdir.
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 22 milyon 682 min 798,25 ton xam neft və neft məhsulları ixrac edib. Bu isə 2023-cü ilin analoji dövrü ilə müqayisədə 414 min 001,95 ton və ya 1,82% azalma deməkdir.
2021-ci ilin ilk 10 ayında xam neft ixracı 23 milyon 800 min 444,38 ton təşkil edib. 2022-ci ilin eyni dövründə bu göstərici 1 milyon 117 min 646,13 ton və ya 4,69% azalıb.
Son olaraq, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xaricə göndərdiyi xam neft və xam neft məhsullarının həcmi 26 milyon 010 min 201,46 ton olub. 2021-ci ilin ilk 10 ayı üzrə bu rəqəm 2 milyon 209 min 757,08 ton və ya 8,49% azalma ilə nəticələnib.
| İl | İxrac (ton) |
|---|---|
| 2025 | 20 754 593,06 |
| 2024 | 20 571 968,71 |
| 2023 | 22 268 796,30 |
| 2022 | 22 682 798,25 |
| 2021 | 23 800 444,38 |
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025