Redaktor
Sabah Bakıda yağış yağacaq
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Valyuta.az-a verilən məlumata görə, aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 16-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 17-22, dağlarda gecə 3-7, gündüz 7-12, bəzi yerlərdə 15-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 14-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025