Redaktor
Rəşad Nəbiyev “NVIDIA”, “Meta” və AMD rəhbərliyi ilə nəyi müzakirə edib? - FOTO
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-a səfəri çərçivəsində dünyanın aparıcı texnologiya şirkətləri olan AMD, “NVIDIA” və “Meta” rəhbərliyi ilə görüşlər keçirib. Görüşlərdə əsas diqqət süni intellekt, yüksək hesablama texnologiyaları və regional rəqəmsal ekosistemin inkişafı məsələlərinə yönəlib.
Valyuta.az-ın verdiyi məlumata görə, Rəşad Nəbiyev AMD şirkətinin baş vitse-prezidenti Devid Vanq ilə görüşdə Azərbaycanın süni intellekt sahəsində potensialının genişləndirilməsi və ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi perspektivlərini müzakirə edib. Tərəflər AMD ilə birgə süni intellekt mərkəzlərinin yaradılması, tədqiqat və təhsil təşəbbüsləri, eləcə də uzunmüddətli strateji əməkdaşlıq və birgə investisiya imkanları ətrafında fikir mübadiləsi aparıblar.
ABŞ səfəri çərçivəsində nazir həmçinin “NVIDIA” şirkətinin qlobal süni intellekt təşəbbüsləri üzrə vitse-prezidenti Kalista Redmond ilə görüşüb. Rəşad Nəbiyev görüş barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, müzakirələr Azərbaycan və “NVIDIA” arasında əməkdaşlıq çərçivəsində suveren milli süni intellekt platformalarının qurulması və yüksək hesablama gücünə əsaslanan dövlət xidmətlərinin modernizasiyası imkanlarını əhatə edib.
Bununla yanaşı, görüşdə suveren süni intellekt ekosisteminin əsas elementləri, startapların inkişafı, süni intellekt üzrə kadr hazırlığı və “NVIDIA” texnologiyalarının strateji sahələrdə tətbiqi üzrə birgə təşəbbüslər də müzakirə olunub.
Nazirin ABŞ səfəri çərçivəsində növbəti görüşü “Meta” şirkətinin qlobal əlaqələr üzrə direktoru ilə baş tutub. “APA-Economics”in məlumatına görə, tərəflər rəqəmsal idarəetmə, innovativ həllərin tətbiqi və regional rəqəmsal ekosistemin inkişafına yönəlmiş birgə layihələr üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Qeyd edək ki, bu görüşlər Azərbaycanın süni intellekt və rəqəmsal texnologiyalar sahəsində qlobal texnologiya nəhəngləri ilə əməkdaşlığını genişləndirmək, eləcə də ölkənin regional texnoloji mərkəz kimi mövqeyini gücləndirmək məqsədi daşıyır.


Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var
13.12.2025Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi
13.12.2025Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi
13.12.2025DGK FHN rəisini cərimələdi: Nümayəndəsi Maliyyə Nazirliyini günahlandırdı
13.12.2025"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər
13.12.2025Sərnişinlər metrodan daha az istifadə edib
13.12.2025Gələn ildən bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq
13.12.2025Binaların dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib
13.12.2025
Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?
13.12.2025SOCAR və Neft Fondunun təsisçisi olduğu şirkət ilkin kapitalını azaldıb
13.12.2025Rəşad Nəbiyev “NVIDIA”, “Meta” və AMD rəhbərliyi ilə nəyi müzakirə edib? - FOTO
13.12.2025Əhali bank sisteminə güvənmir - İqtisadçı
13.12.2025
Gələn ildən telefon və noutbuklar zəifləyəcək
13.12.2025