Redaktor
Rayonda 30 qəpiyə, Bakıda 2 manata satılır
Astara rayonunda sitrus mövsümü başlayıb. Fermerlər artıq naringini yığırlar. Lakin bu il hava şəraitinin qeyri-sabit keçməsi, xüsusilə də yay aylarında müşahidə olunan quraqlıq məhsulun keyfiyyətinə mənfi təsir göstərib.
Valyuta.az xəbər verir ki, təsərrüfat sahibləri bildirirlər ki, yağışsız hava nəticəsində meyvələr xırda yetişib, bu isə bazarda satış qiymətlərini aşağı salıb. Bir çox kəndlərdə fermerlər əldə etdikləri gəlirinçəkilən zəhməti qarşılamadığını deyirlər.
Məhsulun ucuzlaşması ilə yanaşı, saxlanma anbarlarının çatışmazlığı da vəziyyəti ağırlaşdırır. Fermerlərin sözlərinə görə, məhsulu uzun müddət saxlamaq mümkün olmadığından bir hissəsi zay olur.
"Keçən il bazar qiymətləri bizi qane edirdi, bu dəfə isə qazanc demək olar ki, yoxdur. Əmək çoxdur, amma gəlir az," - deyə yerli təsərrüfat sahibləri bildiriblər.
Məsələ ilə bağlı kənd icra nümayəndəsinin müavini Hökməli Əliyev bildirib ki, ərazidə ildə 10 mindən çox məhsul istehsal olunur:
"Əhalinin məhsulu üçün saxlama kameraları ilə təmin olunmalıdır. Biz də bununla bağlı yuxarı distansiyalara məlumat vermişik. Bizə deyilib ki, yaxın gələcəkdə nəzərə alınacaq".
Qeyd edək ki, fermerlər məhsulu hazırda 30 qəpiyə satmağa çətinlik çəksələr də Bakıda qiyməti 1,5 - 2 manatdan aşağı tapmaq çətindir.
©Sfera.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMetroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar
03.03.2026"Cursor"un illik gəliri 2 milyard dolları keçib
03.03.2026İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?
03.03.2026Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb
03.03.2026"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026