Redaktor
"Apple" ilk dəfə "super sevimli robot" lampasını təqdim etdi
"Apple"ın masaüstü robot üzərində işlədiyi bilinirdi və indi bu robotun ilk prototipi ortaya çıxaraq görənləri təəccübləndirib.
Valyuta.az xəbər verir ki, şirkət yeni bir bloq yazısında üzərində işlədiyi robot lampanı tanıdıb. Hələ prototip mərhələsində olan bu cihaz "Apple"ın gələcək məhsul planlarına işarə edə bilər.
"Apple" robotik qol prototipini elə simpatiya ilə təqdim edib ki, o "Pixar" və "Disney" personajlarını xatırladır. Şirkətin daxili robot layihələri üzərində çalışdığı barədə müxtəlif şayiələr yayılmışdı. Məsələn, "iPad" bənzəri ekranı olan masaüstü robotun hazırlanması ilə bağlı məlumatlar var idi. Lakin indi "Apple" bu cür layihələrdən birini rəsmi olaraq paylaşaraq təqdim edib.
"Apple"ın açıqlamasına görə, bu "sevimli robot" əslində masaüstü "bionik qol" kimi işləyir, lakin əsas məqsədi masa lampası olmaqdır. Hazırda satışa çıxarılmayan bu məhsul gələcəkdə heç satışa təqdim olunmaya da bilər. Bununla belə, cihaz sahibini izləyərək onun işlədiyi sahəni işıqlandırmaq üçün avtomatik hərəkət edə bilir.
"Apple"ın paylaşdığı videoya görə, əgər istifadəçi işdən sıxılaraq musiqi dinləmək və rəqs etmək istəsə, robot da onunla birlikdə rəqs edə bilir.
Videoda robotun həm ifadəli, həm də funksional olduğu, istifadəçi ilə qarşılıqlı əlaqədə olub jestlər vasitəsilə komandalara reaksiya verdiyi görünür. Məsələn, barmaq hərəkəti ilə robotun yönləndirilməsi istənilir və o, bu əmri yerinə yetirir.
"Apple" hələlik bu sistemi inkişaf etdirir və gələcəkdə hansı xüsusiyyətlərin əlavə ediləcəyini dəqiq bilmirik. Lakin şirkətin uzunmüddətli hədəfi evdə yemək bişirə, içki hazırlaya, xəstələrə baxa və təmizlik edə bilən insanbənzər robot yaratmaqdır. Ancaq bu məqsədə çatmaq üçün "Apple" ilk olaraq robot qolunu inkişaf etdirməyə başladığını göstərir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025