Pulu ödənilmiş mənzil vaxtında hazır olmasa, alıcı kompensasiya ala bilər?

Redaktor

17.11.2025 14:36
464

Pulu ödənilmiş mənzil vaxtında hazır olmasa, alıcı kompensasiya ala bilər?

Bəzən alıcı təmiri tam bitməmiş binadan ev alır və mənzilin tam hazır olmasından əvvəl ödənişi həyata keçirir. Daha sonra o, müqavilədə göstərilən təhvil tarixinə əsasən köçmə planlarını qurur. Lakin tam hazır olmayan – yəni tikintisi davam edən evlərdə ən yayılmış risk təhvilin gecikməsidir. Bəzən mənzil alıcıya vəd olunan tarixdə təhvil verilmir və tikinti prosesi uzanır. Bu halda vətəndaşın hüquqları nələrdir?

Hüquqşünas Ceyhun Məmmədov Valyuta.az-a açıqlamasında bildirir ki, müqavilədə göstərilən təhvilvermə tarixi – tikinti şirkətinin mütləq riayət etməli olduğu öhdəlikdir. Tarix keçirsə və mənzil hazır deyilsə, bu artıq öhdəliyin pozulması deməkdir: “Bu halda alıcı birinci müqaviləyə baxmalıdır. Orada gecikmə zamanı tətbiq olunacaq peni/cərimələr, məsuliyyət və təhvil qaydaları göstərilir. Əgər şirkət vaxtında təhvil verməyibsə, alıcının cərimə tələb etmək hüququ yaranır. Əgər peni/cərimə müqavilədə göstərilməyibsə, bu halda belə, alıcı mülki məcəllənin ümumi normalarına əsasən, gecikmə səbəbindən çəkdiyi zərərin ödənilməsini tələb edə bilər. Yəni tikinti şirkəti məsuliyyətdən yayınmır”.

Bəs alıcı müqaviləni ləğv edə bilərmi?

“Əlbəttə. Əgər gecikmə uzun çəkirsə və tikinti şirkəti real səbəb göstərmirsə, alıcı müqaviləni birtərəfli qaydada ləğv edə, ödədiyi bütün məbləğin geri qaytarılmasını tələb edə bilər. Bu, həm müqavilə hüququnun, həm də istehlakçı hüquqlarının bir hissəsidir”- deyə hüquqşünas qeyd edir.

O, bildirir ki, adətən tikinti şirkəti gecikmələr zamanı vaxt udmaq üçün formal cavablar göndərir: “ işlər davam edir”, “tezliklə bitəcək” və s. Lakin hüquqi baxımdan bu arqumentlər gecikməni leqallaşdırmır. Əksinə, bunlar alıcının tələblərini möhkəmləndirir. Belə vəziyyətdə alıcı ilk olaraq gecikmə faktını yazılı şəkildə şirkətə bildirməlidir. Peni və ya zərərin ödənilməsini tələb etməli, gecikmə uzanarsa – məhkəməyə müraciət etməkdən çəkinməməlidir. Bununla bərabər bütün ödəniş qəbzlərini və yazışmaları saxlamalıdır”.

“Vətəndaş bilməlidir ki, tikinti şirkətinin gecikməsi onun hüquqlarını azaldan səbəb deyil. Əksinə, bu halda alıcı həm kompensasiya, həm də müqavilənin ləğvi kimi güclü hüquqi alətlərə sahibdir” - deyə C.Məmmədov vurğulayır.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi

04.12.2025

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur ®

04.12.2025

Məzənnə

Yüklənir...