Premium salon biznesinin fərqi nədir?
13.10.2025 07:05
618

Premium salon biznesinin fərqi nədir?

Elnarə Nəhmədova
      “Beauttech” gözəllik salonları şəbəkəsinin təsisçisi

Premium salon sadəcə bahalı interyer və ya brend ad deyil. Bu, yanaşma tərzidir,sistemdir, dəyərlər toplusudur. Burada fərq qiymətdə deyil, verdiyin dəyərdədir. Müştəri sadəcə xidmət almır, tam bir təcrübə yaşayır. Bu təcrübə sakitlik, diqqət və peşəkarlığın birləşdiyi o mühitdir ki,insan içəri girəndə belə,artıq fərqi hiss edir.

Ustalar və xidmətin səviyyəsi

Premium salonda hər usta sadəcə işini bilən deyil, öz sahəsinin peşəkarı, ekspertdir.

Müştəri ustaya nə etməyi diktə etmir, əksinə, usta müştərini yönləndirir, onun baxımına rəhbərlik edir və qayğısına qalır.

Saç, dəri və baxım, hamısı analiz və fərdi yanaşma əsasında müəyyən edilir. Burada məqsəd sadəcə nəticə göstərmək deyil,müştərinin görünüşünü və enerjisini dəyişməkdir.

Xidmətlərin fərqi

Premium salonda xidmətin adı eyni olsa da, proses tam fərqlidir. Adi salonda sadəcə maska tətbiq edilirsə, premium salonda bu, tam bir ritualdır: analiz, təmizləmə, serum, masaj və qoruyucu formul. Yəni, məqsəd “xidmət göstərmək” yox, nəticə yaratmaqdır. Üstəlik, istifadə olunan alətlərin əksəriyyəti təkistifadəlikdir və hər biri müştərinin qarşısında xüsusi olaraq açılır.

Məhsul və nəticə keyfiyyəti

Premium salon ucuz məhsulla nəticə göstərməyə çalışmaz. Burada hər məhsul, salon sertifikatlı və dermatoloji testdən keçmiş olur. Usta məhsulu “seçmir”, o, dəqiq müəyyən edir. Hansı saç tipinə, hansı dəriyə nə uyğundur. Nəticə isə dərhal hiss olunur: təmiz, baxımlı və sağlam görünüş.

Müştəri təcrübəsi və atmosfer

Premium salonun əsas fərqi hissdədir. İçəri girən andan etibarən sakitlik, harmoniya, zövq və etibar hiss olunur. Musiqi, qoxu, işıq, səmimi qarşılanma - hər detal düşünülüb. Heç kim tələsmir, hər kəs diqqətli və balanslıdır. Xidmət – ritual, nəticə – emosiyadır.

Xidmətdən sonra da münasibət

Adi salonda müştəri çıxanda münasibət bitir. Premium salonda isə yeni mərhələ başlayır, müştərinin baxım tarixi, istifadə etdiyi məhsullar və növbəti prosedurlar izlənir. Salon əlaqəni saxlayır, usta baxım məsləhətləri verir, nəticəni izləyir. Bu, fərq yaradan münasibətdir.

Nəticə

Premium salon bahalı olmaq deyil, dəyərləri ilə fərqlənməkdir. Bu,peşəkarlığın, keyfiyyətin və estetik anlayışın birləşdiyi məkandır. Burada xidmət deyil, etibar, rahatlıq və zövq satılır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Məzənnə

Yüklənir...