Redaktor
Peşə məktəbləri kolleclərdən üstündür -Təhsil eksperti
Ölkədə fəaliyyət göstərən özəl və dövlət universitetlərində hər ixtisas üzrə təhsil almaq mümkün deyil. Elə peşələr var ki, ya kolleclərdə, ya da peşə məktəblərində tədris edilir. Bu da bəzi abituriyentlər üçün ürəkaçan hesab edilmir. Xəyalı ali məktəbdə oxumaq olan bir sıra abituriyentlərin arzuladıqları peşələrin universitetlərdə olmaması bəzi amillərə təsir göstərir.
Valyuta.az xəbər verir ki, Modern.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib ki, universitet, kollec və peşə məktəblərində ixtisasların fərqləndirilməsi müsbət göstəricidir:
“Bu o deməkdir ki, ixtisaslar arasında təsnifatlaşdırma düzgün aparılıb. Təsnifatlandırmadan sonra tədris keyfiyyətinin necə olması ayrı məsələdir. Burada birmənalı fikir yürütmək olmaz”.
Onun sözlərinə görə, peşə təhsilinin, universitetin və kollecin öz təyinatı var. Oxşar cəhətlərinə gələndə, hər üç qurum əmək bazarı üçün çalışır.
“Hər təhsil ocağının məqsədi gələcək üçün savadlı kadr hazırlamaqdır. Sadəcə təsniflərində cüzi fərqlər vardır.
Universitet məzunu kadr olmaqla yanaşı, tədqiqat və geniş spektrdə mütəxəssis qabiliyyətlərini də özündə birləşdirir. Peşə təhsili müəssisələrində icra prosesi ön planda dayanır. Elə ixtisaslar var ki, onların nəzəriyyəsi deyil, praktik həyata keçirilməsi vacibdir. Kompüter ustalığı məhz praktikaya əsaslanıbsa, universitetdə cihaz mühəndisliyinin nəzəri bilikləri vacib sayılır”.
Ekspert bildirib ki, bərbər, saç ustası, dərzi, modelyer köməkçisi, aşpaz, avtoservislərdə ustalar (avtoelektrik, avtomexanik), qaz qaynaqçısı, elektrik montyoru, dülgər, santexnik, çilingər, tikinti ustası (rəngsaz), qrafik dizayner (bəzən ali təhsil də tələb olunur) və başqaları bu siyahıda yer alır.
“Bu gün hansı təhsil pilləsinə aid olmasından asılı olmayaraq, ixtisaslı kadr yetişdirən hər bir müəssisənin quruluşu var. Lakin kolleclər hələ də kölgədə qalır. Kolleclər bir növ universitetin alt qurumu kimi fəaliyyət göstərir. Son illər kolleclərə qəbul prosesi nisbətən artıb”,-deyə o söyləyib.
Elmin Nuri vurğulayıb ki, ölkədə kolleclər universitetlər ilə rəqabətdən uzaqlaşmalıdır.
“Kollec peşə təhsili ilə universitet arasında körpü rolu oynayır. Burada hər üç qurumun öz funksiya və keyfiyyəti var. Bəlkə gələcəkdə peşə məktəbləri universitetləri belə tələbə qəbuluna görə keçə bilər. Təəssüf ki, bizim cəmiyyətdə hələ də “universitetə girməsəm, ölərəm” prinsipi davam edir. Bu da digər müəssisələrə inamı azaldır. Universitet ali meyar hesab edilə bilməz. Bu gün peşə məktəblərində təhsil alan elə gənclər var ki, universitet tələbəsindən daha savadlı və peşəkardır”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMetroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar
03.03.2026"Cursor"un illik gəliri 2 milyard dolları keçib
03.03.2026İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?
03.03.2026Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb
03.03.2026"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026