Orta maaş 1 170 manat nəzərdə tutulub

Redaktor

05.11.2025 11:16
472

Orta maaş 1 170 manat nəzərdə tutulub

İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real artım tempi növbəti ildə 3,4 faiz, 2027-2029-cu illərdə isə orta illik 3,7 faiz proqnozlaşdırılır.

Valyuta.az xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gəlirlərin artımına uyğun olaraq əhalinin xərclərinin real artım tempi növbəti ildə 3,5 faiz səviyyəsində, 2027-2029-cu illərdə isə orta illik 3,6 faiz səviyyəsində proqnozlaşdırılır.

Proqnozlara görə, əsas kapitala investisiyaların həcmi 2026-cı ildə 6,9 faiz, 2027-2029-cu illərdə isə orta illik 2,9 faiz, qeyri neft-qaz sektorunda isə müvafiq olaraq 1,1 faiz və 4,8 faiz artacaq.

Vurğulanıb ki, 2024-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,4 faiz artaraq 83,1 mlrd. manata çatıb. Əhalinin sərəncamında qalan gəlirləri 73,4 mlrd. manat təşkil edib. 2024-cü ildə əhalinin gəlirlərində inflyasiya nəzərə alınmaqla 4,1 faiz real artım müşahidə olunub.

2024-cü ildə əhalinin xərcləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,1 faiz artaraq 81,1 mlrd. manat olub.

2024-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8,1 faiz artaraq 1.009,2 manat təşkil edib.

“Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində bildirilib ki, məcburi dövlət sosial sığorta haqlarının proqnoz göstəricilərinin müəyyən edilməsi məqsədilə istifadə olunan əsas makroiqtisadi göstəricilərdən olan orta aylıq əməkhaqqı göstəriciləri İqtisadiyyat Nazirliyindən əldə edilmiş məlumatlarda 2025-ci il üzrə 1101,6 manat, 2026-cı il üzrə isə 1170,8 manat göstərilib. Fondun 2026-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə gözlənilən daxilolmaların həcminin, habelə növbəti illərin proqnoz rəqəmlərinin müəyyən edilməsi üçün qeyd edilən bu göstəricilər baza qismində qəbul edilərək büdcə tərtibi zamanı hesablamalarda nəzərə alınıb.

Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində 2025-ci ilin yanvar-may ayları üzrə açıqlanmış aylıq makroiqtisadi göstəricilər barədə rəsmi statistik məlumata əsasən, bu göstərici 1095,0 manat (və ya əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,1 faiz çox) təşkil edib ki, bu da cari vəziyyətdə 2026-cı il üzrə orta aylıq əməkhaqqı göstəricisinin 1170,8 manat təşkil etməsi barədə gözləntilərin əsaslı olduğunu deməyə imkan verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məcburi dövlət sosial sığorta haqları üzrə 2021-2024-cü illərə dair debitor və kreditor borcları barədə rəsmi qaydada əldə olunmuş göstəricilər bu istiqamətdə ümumi tarazlığın qismən pozulduğunu, əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə debitor borcunun faiz göstəricisinin artımı (2022-ci ildə 7,24 faiz, 2023-cü ildə 9,91 faiz, 2024-cü ildə isə 12,70 faiz) debitor borclarında 2026-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda potensial göstərici olaraq istifadə etməyə imkan verir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi

04.12.2025

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur ®

04.12.2025

Məzənnə

Yüklənir...