Neft-qaz sektoruna yönəldilmiş investisiyalar 30 %-dən çox azalıb

Redaktor

23.03.2025 14:22
415

Neft-qaz sektoruna yönəldilmiş investisiyalar 30 %-dən çox azalıb

2025-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 8,9 milyon manat investisiya yönəldilib.

Valyuta.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 24,8 % daha azdı.

Bundan əlavə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,5 %, qeyri neft qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 20,8 % azalıb. 

Ümumi sərmayənin 1 milyard 50,6 milyon manatı və ya 52,3 %-i məhsul istehsalı sahələrinin, 661,5 milyon manatı və ya 32,9 %-i xidmət sahələrinin, 296,8 milyon manatı və ya 14,8 %-i isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi sərmayənin 45,2 %i dövlət, 54,8 %-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Sərmayə qoyuluşunun 77,6 %-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 70,8 %ini təşkil edib.

2025-ci ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi investisiyanın 44,8 %-i sənaye, 26,5 %-i nəqliyyat və anbar təsərrüfatı, 21,6 %-i tikinti, 2,5 %-i informasiya və rabitə, 1,7 %-i təhsil, 0,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, hər biri 0,5 % olmaqla dövlət idarəetməsi və müdafiə, ticarət; nəqliyyat vasitələrinin təmiri, hər biri 0,4 % olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, maliyyə və sığorta, 0,2 %-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər biri 0,1 % olmaqla peşə, elmi və texniki fəaliyyət, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

15.12.2025

Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyasını təqdim edildi

15.12.2025

"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?

15.12.2025

Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır

15.12.2025

İcra başçısı baş mütəxəssisi işdən çıxardı

15.12.2025

Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama

15.12.2025
Yarım milyon borcu olan şirkət kimindir?

Yarım milyon borcu olan şirkət kimindir?

15.12.2025

Aeroport yolunda sürət həddi endirildi

15.12.2025

Cəbrayılda milyonluq tender elan edilib

15.12.2025

Şəxsiyyət və sürücülük vəsiqələri bu qaydada veriləcək - YENİLİK

15.12.2025

İnsanlar riski kağız üzərində idarə edir, amma küçədəki sınaq...

15.12.2025

Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək

15.12.2025

"Apple" 2026-cı ilin əvvəlində qiymətləri kəskin artıracaq

15.12.2025

Azərbaycanla bu ölkə arasında viza rejimi qismən ləğv edildi

15.12.2025

Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? - DOSYE

15.12.2025

Prezident nazirliyin işçilərini təltif etdi - SİYAHI

15.12.2025

Pulunuzu evdə saxlayırsınızsa, hər 100 manatdan 10 manat itirirsiniz - İqtisadçı

15.12.2025

Prezident 3 nəfərə general rütbəsi verdi - SƏRƏNCAM

15.12.2025

Rabitəbank “11:FS PULSE” Platforması ilə əməkdaşlığa başladı ®

15.12.2025

Naxçıvan Ali Məhkəməsinə yeni sədr təyin olundu

15.12.2025

Məzənnə

Yüklənir...