Redaktor
Məzuniyyətlə bağlı nələr dəyişir? - Şöbə müdiri açıqlayır
İşçi qismən ödənişli sosial məzuniyyət və ya ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra 6 aylıq əmək haqqı aldığı dövr var, lakin bu dövrlər 12 aya bölündükdə təbii olaraq məzuniyyət dövrü üçün orta əmək haqqının aşağı düşməsinə səbəb olur.
Valyuta.az "Modern.az"a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Şöbə müdiri bildirib ki, təklif edilən yeni dəyişikliklərə əsasən, işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət dövrü, boşdayanma müddəti, eləcə də qismən ödənişsiz sosial məzuniyyət dövrləri artıq nəzərə alınmayacaq.
“Bunlar əmək haqqı alınan yaxın və tam təqvim ayları ilə əvəz olunacaq. Bu isə işçinin normal məzuniyyət dövrü üçün əmək haqqına bərabər orta əmək haqqı alımasına gətirib çıxaracaq.
İş yerinin və orta əmək haqqının saxlandığı hallar üzrə ödəniş son iki aya əsasən hesablanır. Əgər son iki ay üzrə orta əmək haqqı daha yüksəkdirsə, ödəniş həmin məbləğlə təmin ediləcək. Əgər bu məbləğ aşağıdırsa, bu zaman sonuncu iş gününə aid əmək haqqı əsas götürülməklə hesablamalar aparılacaq”, - deyə o fikrini tamamlayıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərQeyri-yeyinti məhsulları ixracı 8,4% azalıb
11.12.20255 aptekdə nöqsanlar aşkarlandı
11.12.2025Üzərində Polad Həşimovun şəkli olan 3 minlik əsginas saxtadır
11.12.2025ABŞ turistlərdən 5 illik sosial media məlumatları tələb edə bilər
11.12.2025Qaçaqmalçılığa qarşı mübarizə: "Nvidia" çiplərini izləyəcək
11.12.2025Şəxsi sığorta üzrə ödənişlər 6,8% azalıb
11.12.2025Bakıda populyar restoranlarda Yeni ili qarşılamaq neçəyə başa gəlir? - Qiymətlər
11.12.2025Vergi borcu olan şirkət ləğv olunur
11.12.2025Kapital Bank-ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir ®
11.12.2025Yeni icra başçısı şöbə müdirini işdən çıxardı
11.12.2025"Paysis"in (Epul.az) fəaliyyəti dayandırıldı - Qanunsuz qumar oyunlarına görə...
11.12.2025Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 2 mlrd. manat azalıb
11.12.2025