Redaktor
İşdən narazılıq bir şans ola bilər! - SƏHƏR OXUSU
Bəzi insanlar illərlə çalışdıqları işdən narazılıq edir, lakin bu hissi sadəcə yorğunluq və ya müvəqqəti məyusluq kimi qəbul edirlər. Digərləri isə həmin narazılığı bir siqnal kimi görür və həyatlarında nəyinsə dəyişməli olduğunu anlayırlar.
Valyuta.az xəbər verir ki, karyera üzrə məsləhətçi Lourdes Monteiro hesab edir ki, iş həyatında yaşanan narazılıq və məyusluq əslində dəyişiklik üçün güclü impuls ola bilər. Onun sözlərinə görə, bir çox insan məhz peşəkar narazılıq yaşadıqdan sonra həyatında daha şüurlu və məqsədli qərarlar verməyə başlayır.
Monteiro bildirir ki, Career Redesign layihəsi çərçivəsində son neçə ildə yüzlərlə insanla çalışıb və onların demək olar hamısı bu prosesə iş həyatındakı narazılıq səbəbindən müraciət edib. Əksəriyyəti nə istəmədiklərini bilsə də, hansı istiqamətə getməli olduqları barədə aydınlıqları olmayıb. Zamanla isə bu insanlar yaşadıqları narazılığa minnətdar olduqlarını etiraf ediblər.
“Great Resignation” -qlobal tendensiya
Pandemiyadan sonra dünyada “Böyük istefa” (The Great Resignation) adlanan tendensiya güclənib. İnsanlar işlərini könüllü şəkildə tərk edərək həyat prioritetlərini yenidən dəyərləndirməyə başlayıblar. Bu proses xüsusilə gənc nəsil arasında daha açıq şəkildə müşahidə olunur.
Monteiroya görə, bu tendensiya sadəcə işdən çıxmaq yox, həyatı yenidən uyğunlaşdırmaq cəhdidir. İnsanlar artıq yalnız maaşa deyil, gördükləri işin mənasına, dəyərlərinə və həyat keyfiyyətinə də önəm verirlər.
Şirkətlər üçün risk, fərdlər üçün fürsət
Ekspert bildirir ki, bu dalğa şirkətlər üçün ciddi risklər yaradır. Fortune və Deloitte-un birgə araşdırmasına görə:
CEO-ların 73%-i yaxın illərdə kadr və bacarıq çatışmazlığından narahatdır
57% istedad cəlb etməyi, 51% isə mövcud işçiləri saxlamağı əsas problem sayır
Bununla yanaşı, Monteiro qeyd edir ki, kütləvi istefalar bəzi insanlar üçün gözlənilməz imkanlar da yaradır. Onun müşahidələrinə görə, bəzi işçilər məhz istefa mərhələsində daha uyğun və istedadlarına uyğun vəzifələrə təklif alıblar.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏyləncə sektorunun milyarderləri və sərvətləri açıqlandı - SİYAHI
19.12.2025“Lovable” 330 milyon dollar investisiya alıb
19.12.2025Xəlil Göyüşov camış əti qalmaqalından danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."
19.12.2025
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
19.12.2025"Honda" Yaponiya və Çində istehsalı dayandırır - SƏBƏB
19.12.2025Eldar Qəribovun Fransadakı 34 milyonluq villası və cavabsız suallar - FOTOLAR
19.12.2025Süni intellektlə işləyən 10 marketinq avtomatlaşdırma aləti
19.12.2025"TikTok" "Oracle" və digər investorlarla razılaşma imzaladı
19.12.2025Sumqayıtda baş verən yanğın söndürülüb - YENİLƏNİB
19.12.2025