Sumqayıtda baş verən yanğın söndürülüb

Redaktor

19.12.2025 10:28
185

Sumqayıtda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Sumqayıtda "Samovar" restoranında yanğın baş verib.

Bu barədə Valyuta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Restoranın dam örtüyündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

10:07

Sumqayıtda "Siyans" hoteli yanır.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...