Bank müştərilərinin sayı bir ayda 115 min nəfər azalıb

Redaktor

19.12.2025 10:22
119

Bank müştərilərinin sayı bir ayda 115 min nəfər azalıb

2025-ci il noyabrın 1-nə olan məlumata əsasən, bank müştərilərinin sayı son bir ay ərzində 114 min 775 nəfər azalıb.

Valyuta.az xəbər verir ki, bu ilin sentyabr ayında bank müştərilərinin sayı 15 milyon 973 min 215 nəfər təşkil edib, noyabr ayında isə bu göstərici 16 milyon 117 min 990 nəfərə yüksəlib.

Statistikaya əsasən, bank müştəriləri arasında fiziki şəxslərin sayı 15 milyon 995 min 302 nəfər, hüquqi şəxslərin sayı isə 162 min 688 nəfər olub.

Məlumata görə, sentyabr və oktyabr ayları ərzində həm fiziki, həm də hüquqi şəxslərin sayı artıb. Eyni zamanda sahibkarlıqla məşğul olanların sayı da artaraq 1 milyon 165 nəfərə çatıb (düzəliş edildi).

Hesabat dövründə banklarda müştəri hesablarının sayı 53 milyon 210 min 277 ədəd təşkil edib. Bunların 41 milyon 511 min 207 ədədi cari, 690 min 445 ədədi isə depozit hesabları olub.

Fiziki şəxslərə məxsus hesabların sayı 41 milyon 86 min 665 ədəd, hüquqi şəxslərə məxsus hesablar 424 min 542 ədəd, sahibkarlıqla məşğul olanlara aid hesabların sayı isə 1 milyon 369 min 437 ədəd olub.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...