İşçilər payızda layihələri gecikdirə bilər
22.09.2025 09:40
930

İşçilər payızda layihələri gecikdirə bilər

Asim Həsənov
    İnsan Resursları üzrə mütəxəssis 

Yay mövsümü başa çatdı, günlərin qısaldığı, havaların sərinləşdiyi payız qapımızı döydü. Təbiət yavaş-yavaş saralır, insanlar isə yeni bir dövrə qədəm qoyur. Fəsil dəyişikliyi yalnız hava şəraitində yox, həm də insan davranışında, xüsusilə də iş həyatında hiss olunur. İstər ofisdə, istər istehsalatda, istərsə də xidmət sahələrində payızın təsiri özünü göstərir.

Elm sübut edir ki, insan orqanizmi mövsümlərin dəyişməsinə həssasdır. Gün işığının azalması melatonin və serotonin hormonlarının balansına təsir edir. Bu, bəzilərində yuxululuq, halsızlıq, motivasiya itkisi ilə nəticələnir. Xüsusən sentyabr-oktyabr aylarında “payız melanxoliyası” deyilən bir hal tez-tez müşahidə olunur.

İşçilər arasında da eyni vəziyyət özünü göstərir. Yay tətilindən sonra iş rejiminə uyğunlaşmaq çətinləşir, havaların tez qaralması isə sanki günün qısalmasına və məhsuldarlığın azalmasına səbəb olur.

Payızda motivasiya problemi

HR kimi müşahidələrimə görə, payız aylarında işçilərdə motivasiya dalğalanmaları artır. Bir çoxu özündə yorğunluq hiss edir, bəziləri isə yeni mövsümə uyğun hədəflər təyin etməkdə çətinlik çəkir. Bu da işin gedişinə təsir edir: layihələr gecikə, ünsiyyət zəifləyə, komandadaxili gərginliklər arta bilər.

Eyni zamanda, məktəblərin açılması, ailəli işçilərin övladları ilə bağlı yeni qayğıları əlavə stres mənbəyinə çevrilir. Beləliklə, payız yalnız təbiətin yox, həm də insanların iş balansının dəyişdiyi dövrdür.

Burada rəhbərlərin üzərinə böyük vəzifə düşür. Payızın yaratdığı psixoloji təsiri nəzərə alaraq işçilərin motivasiyasını qorumaq lazımdır. Bunun üçün:

- Daxili kommunikasiya gücləndirilməlidir – rəhbərlər komandanı daha çox dinləməli, onların ehtiyaclarını anlamağa çalışmalıdır.
- Motivasiya tədbirləri keçirilməlidir – kiçik təşəkkürlər, mükafatlar, kollektiv fəaliyyətlər payız melanxoliyasını azaltmağa kömək edir.
- İş yükünün balansı təmin olunmalıdır – çünki artıq yorğun işçilərə daha çox tapşırıq yükləmək nəticə əvəzinə tükənmişlik gətirir.

Payız həm də fürsətdir

Unutmaq olmaz ki, payız yalnız çətinlikləri ilə seçilmir. Bu fəsil eyni zamanda məhsuldarlıq dövrüdür. Kənd təsərrüfatında məhsul yığımı, təhsildə yeni dərs ili, biznesdə isə ilin sonuna hazırlıq işləri məhz payıza təsadüf edir.

İşçilər üçün də bu mövsüm özünü yenidən dəyərləndirmək, yeni bacarıqlar qazanmaq, fərdi inkişaf planı qurmaq imkanıdır. Payızın sərin havası insanlarda daha ciddi düşünmə, planlama və uzunmüddətli hədəflərə fokuslanma vərdişi yaradır.

Psixoloji dəstək və sağlam həyat tərzi

Payız aylarında işçilərə dəstək olmaq üçün yalnız motivasiya tədbirləri kifayət deyil. Şirkətlər psixoloji rifah proqramlarına da önəm verməlidirlər. İşçilərə idman, sağlam qidalanma, düzgün yuxu rejimi kimi məsləhətlər verilməli, bəzən hətta kollektiv idman və ya təlim tədbirləri təşkil olunmalıdır.

Əlavə olaraq, payızda vitamin çatışmazlığına bağlı yorğunluq çox rast gəlinir. Buna görə də korporativ mədəniyyətin bir hissəsi kimi sağlamlıq aksiyaları – check-up kampaniyaları, vitamin dəstəyi və maarifləndirmə seminarları faydalı ola bilər.

Fəsil dəyişkənliyi sadəcə təbiət hadisəsi deyil, insan həyatına, xüsusilə də iş mühitinə təsir edən psixoloji və sosial amildir. Payızın gəlişi işçilərdə motivasiya itkisi, yorğunluq və melanxoliya yaratsa da, eyni zamanda planlama, inkişaf və məhsuldarlıq üçün də yeni imkanlar açır.

Ən əsası isə, işçi ilə rəhbər birlikdə bu dövrün çətinliklərini aşmağı bacarmalıdır. Çünki payız nə qədər sarı və tutqun görünsə də, əslində gələcək uğurların bünövrəsi məhz bu fəsildə atılır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Nazirliyin vəzifəli şəxsi cərimələndi

04.12.2025

“Brevo” 583 milyon dollar investisiya alıb

04.12.2025

"İvanovka"da məhsul satışı qadağan edildi

04.12.2025

13 milyon maaş alacaq

04.12.2025

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL

04.12.2025
Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

Yeni ildə evə Şaxta baba çağırmaq neçəyə başa gəlir?

04.12.2025

Xaricə 23 min dollar köçürdü, 4752 dollar cərimələndi

04.12.2025

Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur ®

04.12.2025

Məzənnə

Yüklənir...