Çinin avtomobil ixracı yanvar-fevral aylarında 30,5 faiz artıb

Redaktor

17.03.2024 14:25
589

Çinin avtomobil ixracı yanvar-fevral aylarında 30,5 faiz artıb

Çinin avtomobil ixracı 2024-cü ilin ilk iki ayında illik müqayisədə 30,5 faiz artıb.

Valyuta.az xəbər verir ki, bu bardədə "Sinxua" agentliyi xəbər verib.

Çin Avtomobil İstehsalçıları Assosiasiyası bildirib ki, bu dövrdə, ümumilikdə, 822 min avtomobil ixrac edilib.

Sərnişin nəqliyyatı vasitələrinin ixracı illik müqayisədə 31,5 faiz artaraq 686 min ədədə, kommersiya avtomobillərinin ixracı isə ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz artaraq 136 min ədədə çatıb.

Çin bu dövrdə 182 min ədəd elektrikli avtomobil ixrac edib və bu, illik 7,5 faiz artım deməkdir.
 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...