Redaktor
Hazır startap satışa çıxarılıb - QİYMƏT
Tam işlək vəziyyətdə olan onlayn CV hazırlama platforması - “domainadı.com” və ona uyğun “.az” domeni ilə birlikdə satışa çıxarılıb.
Valyuta.az xəbər verir ki, hazır biznes (startup) mövcud müştəri bazası ilə birlikdə 19 500 manata satışa çıxarılıb.
Hazır biznes (startup) kimi təqdim olunan layihə istifadəçilərə peşəkar şablonlar əsasında CV hazırlamaq imkanı verir.
Layihə aşağıdakı xüsusiyyətlərə malikdir:
İstifadəçi qeydiyyat sistemi,
Ödənişli planlar (birdəfəlik ödəniş və abunə sistemi),
Peşəkar CV şablonları,
Onlayn ödəniş sistemi,
Admin panel və statistik izləmə imkanları.
Hazırda sistemdə 4500-dən çox istifadəçi qeydiyyatdan keçib, ümumilikdə 8500-dən artıq yükləmə və 5000-dən çox CV yaradılıb. İstifadəçilər arasında xarici ölkələrdən olan şəxslər də yer alır. Platforma istifadəçinin daxil olduğu ölkəyə uyğun valyutanı avtomatik göstərir. Admin panel vasitəsilə müxtəlif ölkələr üçün fərqli qiymət siyasəti tətbiq oluna bilər.
Sayt tamamilə sıfırdan yazılıb və hazırda dörd dildə - azərbaycanca, türkçə, ingiliscə və rusca fəaliyyət göstərir. Platforma üzərində inkişaf aparılarsa, aylıq 7-11 min ABŞ dolları gəlir gətirmək potensialına malikdir.
Maraqlanan şəxslər 070 599 55 10 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Maya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyasını təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025