Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Redaktor

08.06.2025 13:14
402

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Əncir idxalımız 62 faiz artıb. Lakin bu meyvə ilə bağlı qədim zamanlardan gələn bağçılıq ənənələrimiz var idi. Əgər əncirlə bağlı da ixracdan asılı düşsək, bu zaman həmin ənənəni itirə bilərik.

Yayın sonu, payızın əvvəlində bazara çıxır. Hazırda mövsümü olmasa da, bu meyvədən dadlı mürəbbə və digər təamlar hazırlamaq mümkündür. Lakin bir çox məhsul kimi artıq ənciri də xaricdən idxal edirik. Belə ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana 119,1 min ABŞ dolları dəyərində 22,46 ton əncir idxal edilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 59 faiz, kəmiyyət olaraq 62 faiz çoxdur. Hesabat dövründə Azərbaycan Türkiyədən 70,44 min ABŞ dolları dəyərində 10,72 ton, Özbəkistandan 40,56 min ABŞ dolları dəyərində 10,14 ton, İrandan 4,98 min ABŞ dolları dəyərində bir ton və Əfqanıstandan 3,11 min ABŞ dolları dəyərində 0,6 ton əncir alıb. Nəzərə alaq ki, ölkəmizdə yerli əncir bağları mövcuddur. Bəs o zaman bu məhsul üçün idxala yönəlmək nə dərəcədə doğrudur?

“Əncir əsasən həyətyanı sahələrdə yetişdirilir”

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovun sözlərinə görə, əncir ölkəmizdə yetişsə də, kütləvi istehsalı mövcud deyil: “Əncir ölkəmizdə elə də geniş yayılmamış meyvədir. Bəzi bağlarda, həyətlərdə kiçik hektarlarda əkilir. Müəyyən yerlərdə bitir. Əncir əsasən həyətyanı sahələrdə yetişdirilir. Sadəcə, mövsümü tələbatı ödəmək üçündür. Əncir kənd təsərrüfatında əhəmiyyətli məhsul olmadığından əlimizdə statistikası yoxdur. Əncir ölkəmiz üçün öncəlik olmayan məhsuldur. Ağsuda qara əncir bağı salınıb. O da yerli bazara xidmət etmir. Məhsulu sırf Rusiya bazarına göndərilir. Ölkə ərazisində böyük əncir bağları mövcud deyil”. 

V.Hüseynovun fikrincə, ənciri xaricdən sahibkarlar və quru meyvə istehsalı ilə məşğul olanlar gətirir: “Əncirin idxalı əsasən qurudulmuş formada olur. Bazarda quru əncirə tələbat olduğu üçün xaricdən gətirirlər. İdxal edilən 22 ton əncir əhalimizin sayı qarşısında olduqca kiçik rəqəmdir”.

“Xarici əncir daha ucuzdur”

İqtisadçı Pərviz Heydərov bildirdi ki, qədimdən ölkəmizdə bir sıra əncir sortları mövcuddur: “Bizdə "Sarı sabahi" və ya "Sarı əncir" sortu xüsusilə məşhurdur. Hansı ki, Abşeronda becərilir. Ümumiyyətlə, Azərbaycanda əncirin iki növü yayılıb. Bunlardan biri "mədəni əncir" adlanır və respublikada geniş miqyasda becərilir. Digəri isə "Hirkan ənciri"dir ki, o, yabanı halda Lənkəran zonasında yayılıb”. 

P.Heydərovun sözlərinə görə, idxalın genişlənməsi iqtisadiyyatımız üçün də zərərdir: “Ölkəmizə bitkiçilik, bağçılıq, meyvə-tərəvəz və sair sahələrə aid məhsulların idxalı əvvəlcədən də mövcud idi, son illər ərzində isə daha da artıb. İdxalın belə böyük həcmdə olması onu göstərir ki, məhsul həm yerli bazar, həm də istehsal müəssisələri üçün gətirilib. Qeyd olunan tonda və həcmdə əncir idxalı ölkədən kənara valyuta axınıdır. Əgər məhsul ölkəyə kənardan gətirilirsə, deməli, onu gətirənlər yerli məhsulun istehsalında və tədarükündə maraqlı deyillər”. 

İqtisadçının fikrincə, xarici məhsula tələbat yerli məhsuldan çoxdur: “İdxal artıbsa, tələbin artması ilə bağlı ola bilər. Yerli istehsal da tələbi qarşılaya bilmirsə, bu halda həmin meyvə kənardan gətirilir. Xeyli böyük konserv və emal müəssisələrimiz mövcuddur. Lakin onlar yerli xammaldan istifadə etmirlər. Xaricdən gələn məhsulu istifadə etməyə daha çox üstünlük verirlər. Bu da onun ucuz olması ilə bağlıdır”. 

“Yerli məhsulumuz daha keyfiyyətlidir”

P.Heydərov bu sahədəki problemlərə də toxundu: “Halbuki, həm adıçəkilən əncir məhsulu, həm də digər növ məhsullar üzrə ölkəmizin zəngin tarixi ənənələri və təcrübəsi mövcuddur. Hətta yerli məhsulumuz daha keyfiyyətli, rəqabət qabiliyyətlidir. İxrac qabiliyyəti də yüksəkdir. Əgər bütün bunlara baxmayaraq, yenə də idxal edilirsə, bu o deməkdir ki, xaricdən gətirmək daha ucuz başa gəlir. Yaxud da bu meyvənin istehsalını genişləndirmək üçün müvafiq şərait mövcud deyil. Külli miqdarda vəsait tələb olunur. Ola bilər ki, stimul, rentabellik aşağı səviyyədədir. Problem stimulverici amillərin olmamasında, ixrac imkanlarının darlığı, həmçinin yerli tələbatın düzgün ödənilməməsindədir”. 

İqtisadçı düşünür ki, əgər istehsalı stimullaşdırsaq, həm idxala ehtiyac qalmaz, həm də məhsulumuzu ixrac edib qazanc əldə edə bilərik: “Hesab edirəm ki, idxalın genişlənməsi əncirdə də yerli ənənəni sona çatdıra bilər. Əgər yerli tələbatımızı ödəyə bilməsək, idxal daha da genişlənəcək. Bağçılığı inkişaf etdirməliyik. Fermerlərə müvafiq şərait yaradılmalıdır. Ənənənin ölməsinə icazə verməməliyik. Yerli məhsulumuzun becərilməsinin genişləndirilməsinin qayğısına qalmalıyıq. Bazarlara çıxışı asanlaşdırmalıyıq. İxrac imkanlarımızı da genişləndirməliyik ki, istehsalımız arta bilsin. İstehsal artarsa, idxalın da qarşısını almaq mümkün olacaq”. 

©Kaspi.az 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

14.03.2026

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

13.03.2026

Məzənnə

Yüklənir...