Redaktor
Dünyada ucuzlaşan məhsullar - SİYAHI
FAO-nun açıqladığı son “Qlobal Ərzaq Qiymətləri İndeksi” (FFPI) oktyabr ayında yenidən azalma göstərib. Təşkilatın məlumatına görə, göstərici 126,4 punkt təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 1,6% və ya 2,1 punkt azalma deməkdir.
Valyuta.az xəbər verir ki, əsas azalma taxıl, süd məhsulları, ət və şəkər qiymətlərində qeydə alınıb, yalnız bitki yağlarında artım müşahidə olunub.
FAO bildirir ki, indeks hazırda ötən ilin eyni dövründən bir qədər aşağıdır və 2022-ci ilin martındakı pik səviyyədən 21,1% geri qalır.
Taxıl qiymətləri azalmaqda davam edir
FAO Taxıl Qiymətləri İndeksi oktyabrda 103,6 punkt olub, bu, aylıq müqayisədə 1,3%, illik müqayisədə isə 9,5% azalma deməkdir.
Bütün əsas taxıl növləri üzrə qiymətlər aşağı düşüb:
Buğda - 1% azalma; səbəblər: bol qlobal təklif, Cənub yarımkürəsində məhsul yığımının yaxşı getməsi, Şimal yarımkürəsində qışlıq buğdanın normal əkini.
Arpa, qarğıdalı və sorgum - 1,1% azalma; Avropa İttifaqı və ABŞ-da məhsuldarlıq riskləri qiymətlərin daha da düşməsinin qarşısını alıb.
Düyü - 2,5% azalma; əsas səbəblər: ixracatçılar arasında kəskin rəqabət və yeni mövsüm məhsulunun bazara daxil olması.
Bitki yağlarında artım - son 3 ilin ən yüksək səviyyəsi
Bitki Yağları İndeksi 0,9% artaraq 169,4 punkta yüksəlib və 2022-ci ilin iyulundan bəri ən yüksək göstərici qeydə alınıb.
Artımı şərtləndirən səbəblər:
Palm yağı - İndoneziyanın 2026-cı il üçün biodizel qarışdırma tələblərini artırması bazarda təklifin azalacağı gözləntisi yaradıb.
Günəbaxan yağı - Qara dəniz regionunda yığım gecikdiyi üçün məhdud təklif artımı dəstəkləyib.
Raps və soya yağları - Aİ-də təklifin məhdud, Braziliya və ABŞ-da daxili tələbin yüksək olması qiymətləri qaldırıb.
Ət qiymətləri 2% aşağı düşdü
FAO Ət Qiymətləri İndeksi oktyabrda 125 punkt olub. Bu, sentyabr ayına nisbətən 2% azalma, illik müqayisədə isə 4,8% artım deməkdir.
Əsas dəyişikliklər:
Donuz əti - Avropa İttifaqında yüksək təklif və Çinin yeni idxal rüsumları qiymətləri aşağı salıb.
Qüvvətli şəkildə ucuzlaşan quş əti - Braziliyadan ixrac qiymətlərinin düşməsi (Çinin HPAI səbəbilə məhdudiyyətləri fonunda).
Qoyun əti - Avstraliyada bazara böyük həcmdə təklif çıxışı qiymətləri zəiflədib.
Yalnız mal əti bahalaşıb - Qlobal tələbin güclü olması səbəbindən Avstraliya ixrac qiymətlərini artırıb.
Süd məhsullarında dördüncü ay ardıcıl azalma
FAO Süd Məhsulları İndeksi oktyabrda 142,2 punkt təşkil edib – aylıq müqayisədə 3,4% azalma, illik müqayisədə isə 2,7% artım qeydə alınıb.
Hər bir alt-kateqoriya üzrə qiymətlər geriləyib:
Kərə yağı - 6,5% azalma
Tam süd tozu - 6% azalma
Yağsız süd tozu -4% azalma
Pendir - 1,5% azalma
Azalmanın əsas səbəbləri: Aİ və Yeni Zelandiyada süd tədarükünün yüksək olması, Asiya və Yaxın Şərqdən idxal tələbinin zəif qalması.
Şəkər qiymətləri 2020-dən bəri ən aşağı səviyyəyə düşdü
FAO Şəkər Qiymətləri İndeksi oktyabrda 94,1 punkta enib - bu, ay ərzində 5,3%, illik müqayisədə isə 27,4% azalma deməkdir.
Qiymətlərin enməsinə təsir edən səbəblər:
Braziliyada güclü istehsal - əlverişli hava şəraiti yığım sürətini artırıb.
Tayland və Hindistanda yüksək məhsul gözləntiləri
Neftin ucuzlaşması - bioyanacaq sektorunun şəkərə olan tələbi zəiflədib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMetroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar
03.03.2026"Cursor"un illik gəliri 2 milyard dolları keçib
03.03.2026İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?
03.03.2026Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb
03.03.2026"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026